Əl-Ənbiya surəsi · 45-ci ayə

De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram.» Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“De ki, mən yalnız vəhy yolu ilə sizə xəbərdarlıq edirəm. Amma (ey peyğəmbər, bil ki) karlar öyüd verilən zaman onu eşitmirlər!”

Bildirişlər

  1. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları şəxsi mülahizələrə, fərziyyələrə yox, qəti ilahi vəhyə əsaslanır.

  2. İlahi nemətlərdən düzgün faydalanmayanlar onlardan bəhrələnməmiş kimidirlər. Qulağı olduğu halda haqqı eşitməyən, gözü olduğu halda haqqı görməyən kəs əslində kar və kordur.

  3. Bəzən təbliğat düzgün şəkildə aparılsa da, qarşı tərəfin qabiliyyətsizliyi səbəbindən səmərə vermir.

  4. Bəzilərinin hidayət olacağına doğru yola gələcəyinə ümid bəsləməyə dəyməz. Qara qəlbə qonmaz vaizin sözü, Necə daşda qalmır mismarın izi.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 45-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 45-ci ayəsi nə haqqındadır?
De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram.» Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.
Əl-Ənbiya surəsi 45-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 45-ci ayənin təfsiri nədir?
“De ki, mən yalnız vəhy yolu ilə sizə xəbərdarlıq edirəm. Amma (ey peyğəmbər, bil ki) karlar öyüd verilən zaman onu eşitmirlər!”BildirişlərPeyğəmbərlərin müjdə və xəbərdarlıqları şəxsi mülahizələrə, fərziyyələrə yox, qəti ilahi vəhyə əsaslanır.İlahi nemətlərdən düzgün faydalanmayanlar onlardan bəhrələnməmiş kimidirlər. Qulağı olduğu halda haqqı eşitməyən, gözü olduğu halda haqqı görməyən kəs əslində kar və kordur.Bəzən təbliğat düzgün şəkildə aparılsa da, qarşı tərəfin qabiliyyətsizliyi səbəbind...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.