Əl-Ənbiya surəsi · 47-ci ayə

Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Biz Qiyamət üçün ədalət tərəziləri quracağıq. (Həmin gün) bir nəfərə də olsun zülm olunmayacaq. Xardal dənəsi ağırlıqda olsa belə, onu (həmin əməli hesab üçün) gətirəcəyik. Hesabı bizim aparmağımız yetər.”

Bildirişlər

  1. Ölçülməsi mümkün olan hər bir şey, hər bir şəxs və hər bir əməl üçün münasib mizan olacaq.

  2. Allahın hesabı çox dəqiqdir.

  3. Əməllərimiz dünyada məhv olub getmir, Qiyamətdə onlarla üzbəüz dayanasıyıq.

  4. Allah həm alim, həm adil, həm də hesab aparandır.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 47-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 47-ci ayəsi nə haqqındadır?
Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımı...
Əl-Ənbiya surəsi 47-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 47-ci ayənin təfsiri nədir?
“Biz Qiyamət üçün ədalət tərəziləri quracağıq. (Həmin gün) bir nəfərə də olsun zülm olunmayacaq. Xardal dənəsi ağırlıqda olsa belə, onu (həmin əməli hesab üçün) gətirəcəyik. Hesabı bizim aparmağımız yetər.”BildirişlərÖlçülməsi mümkün olan hər bir şey, hər bir şəxs və hər bir əməl üçün münasib mizan olacaq.Allahın hesabı çox dəqiqdir.Əməllərimiz dünyada məhv olub getmir, Qiyamətdə onlarla üzbəüz dayanasıyıq.Allah həm alim, həm adil, həm də hesab aparandır.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.