Əl-Ənbiya surəsi · 57-ci ayə

(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“And olsun Allaha ki, siz olmayan vaxt bütləriniz üçün plan cızacağam.”

Bildirişlər

  1. Məqsədə inam, yolun doğruluğuna əminlik insana güc verir.

  2. Böyük işlərin həyata keçməsi üçün böyük planlara ehtiyac var. Ayədəki “əkidənnə” sözü tədbir və plan mənasını bildirir.

  3. Qətiyyət yetərli rəhbərlik üçün bir şərtdir. “Təllah” sözü ilə and “vəllah” sözü ilə anddan daha ifadəlidir.

  4. Peyğəmbərlər vəhy qaynağına bağlanmaqla təkbaşına plan cıza bilirlər.

  5. Həzrət İbrahim bütlərlə tam ciddi mübarizə aparırdı və sadəcə qorxutmaq məqsədi yox idi.

  6. Bütlərin çoxluğu İbrahimin qərarına mane olmadı.

  7. Bütpərəstlər olmayan yerdə bütlər bir baltanın qarşısında acizdirlər. Əslində bütlər bütpərəstləri yox, bütpərəstlər bütləri qoruyur!

  8. Böyük məqsədlərin həyata keçməsi üçün bəzən xalqın iştirakı, bəzən onun kənarda qalması şərtdir.

  9. Büt varsa, bütpərəstlik də olasıdır. Bütləri məhv etmək zəruridir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 57-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 57-ci ayəsi nə haqqındadır?
(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam.»
Əl-Ənbiya surəsi 57-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 57-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 57-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 57-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 57-ci ayənin təfsiri nədir?
“And olsun Allaha ki, siz olmayan vaxt bütləriniz üçün plan cızacağam.”BildirişlərMəqsədə inam, yolun doğruluğuna əminlik insana güc verir.Böyük işlərin həyata keçməsi üçün böyük planlara ehtiyac var. Ayədəki “əkidənnə” sözü tədbir və plan mənasını bildirir.Qətiyyət yetərli rəhbərlik üçün bir şərtdir. “Təllah” sözü ilə and “vəllah” sözü ilə anddan daha ifadəlidir.Peyğəmbərlər vəhy qaynağına bağlanmaqla təkbaşına plan cıza bilirlər.Həzrət İbrahim bütlərlə tam ciddi mübarizə aparırdı və sadəcə qor...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.