Əl-Ənbiya surəsi · 60-cu ayə

(Onların bəziləri) dedilər: «Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

«Dedilər: “İbrahim adlı bir gəncin bütləri pislədiyini eşitmişik.”»

Bildirişlər

  1. Büt sındırmaq ilahi peyğəmbərlərin əsas vəzifələrindəndir.

  2. Əgər gətirilən dəlillər və moizə fayda verməsə, növbə inqilabi rəftarlara çatır.

  3. Fiziki güc və cəsarət dəyər, zəiflik və qorxaqlıq isə nöqsandır.

  4. İctimai düşüncəni oyatmaq və şirki aradan götürmək üçün şirk vasitəsi olan bəzi əşyalar məhv edilməlidir.

  5. Büt mülk olaraq möhtərəm sayılmır, onu sındırmağa icazə verilir.

  6. Bütlər müvəhhidlərin (təkallahçıların) nəzərində yox, bütpərəstlərin nəzərində böyük və möhtərəmdir.

  7. Bütlərin sındırılması diqqəti cansız əşyalardan çəkmək və sorğu-sual üçün müqəddimədir.

  8. Azğın əqidə insanı yanlış mühakiməyə aparır. (İnsan bəzən o qədər süqut edir ki, ən böyük zülmü haqq, ən aşkar həqiqəti zülm sayır.)

  9. Kafirlər əvvəlcə İbrahimi zalım kimi tanıtdırdılar ki, onu rahatlıqla mühakimə edə bilsinlər.

  10. İbrahimin mübarizə fəryadı hər yana yayılmışdı.

  11. Haqq yolda gənclər də fəryad qopara bilər.

  12. Həzrət İbrahim bütləri dağıtmamışdan öncə öz təbliğatı ilə bütlərə qarşı inqilab zəmini yaratmışdı.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 60-cu ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 60-cu ayəsi nə haqqındadır?
(Onların bəziləri) dedilər: «Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir).»
Əl-Ənbiya surəsi 60-cu ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 60-cu ayənin təfsiri nədir?
«Dedilər: “İbrahim adlı bir gəncin bütləri pislədiyini eşitmişik.”»BildirişlərBüt sındırmaq ilahi peyğəmbərlərin əsas vəzifələrindəndir.Əgər gətirilən dəlillər və moizə fayda verməsə, növbə inqilabi rəftarlara çatır.Fiziki güc və cəsarət dəyər, zəiflik və qorxaqlıq isə nöqsandır.İctimai düşüncəni oyatmaq və şirki aradan götürmək üçün şirk vasitəsi olan bəzi əşyalar məhv edilməlidir.Büt mülk olaraq möhtərəm sayılmır, onu sındırmağa icazə verilir.Bütlər müvəhhidlərin (təkallahçıların) nəzərində yo...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.