Əl-Ənbiya surəsi · 79-cu ayə

Beləliklə Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Biz onu (həqiqi hökmü) Süleymana anlatdıq. Biz onların hər birinə hökm və elm verdik. «Quşlarla birlikdə təsbih etsinlər» deyə dağları Davuda ram etdik. Bu işləri görən Biz idik.”

Bildirişlər

  1. Atanın hörməti onun adı övladla yanaşı çəkilərkən də gözlənilməlidir.

  2. Mühakimə peyğəmbərlik şənindəndir.

  3. Peyğəmbərlər xalqın ixtilaflarını həll edəcək həqiqi ünvandırlar.

  4. Hadisədən dəyən zərər bilməyərəkdən baş verdikdə belə ödənməlidir.

  5. Hakim öz işində Allahı şahid və nəzarətçi bilməlidir.

  6. Allahın lütfü olmadan məsələni düzgün anlamaq mümkünsüzdür.

  7. Bəzən ataya əta olunmamış xeyir övlada əta olunur.

  8. Dağların təsbihi kiminsə təsbihinin əks-sədası deyil. Dağlar gerçəkdən təsbih deyir.

  9. Bütün mövcudların, hətta dağların və quşların şüur payı var və onlar Allaha təsbihə məşğuldur.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 79-cu ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 79-cu ayəsi nə haqqındadır?
Beləliklə Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları ...
Əl-Ənbiya surəsi 79-cu ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 79-cu ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 79-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 79-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 79-cu ayənin təfsiri nədir?
“Biz onu (həqiqi hökmü) Süleymana anlatdıq. Biz onların hər birinə hökm və elm verdik. «Quşlarla birlikdə təsbih etsinlər» deyə dağları Davuda ram etdik. Bu işləri görən Biz idik.”BildirişlərAtanın hörməti onun adı övladla yanaşı çəkilərkən də gözlənilməlidir.Mühakimə peyğəmbərlik şənindəndir.Peyğəmbərlər xalqın ixtilaflarını həll edəcək həqiqi ünvandırlar.Hadisədən dəyən zərər bilməyərəkdən baş verdikdə belə ödənməlidir.Hakim öz işində Allahı şahid və nəzarətçi bilməlidir.Allahın lütfü olmadan ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.