Əl-Ənbiya surəsi · 88-ci ayə

Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Duasını qəbul etdik, onu qəmdən qurtardıq. Biz, möminlərə bu sayaq nicat veririk.”

Bildirişlər

  1. Tarixin bəyanında davamlı olaraq şirin və müvəffəqiyyətli hadisələrdən danışaq, acı hadisələrə sadəcə işarə edək.

  2. Öz ilahi vəzifəmizi başa çatmış sayıb onu tərk etməyək.

  3. Bəzən bir tələsik, hesabsız və icazəsiz hərəkət ağır cəza ilə nəticələnir.

  4. Allah bizim düşüncələrimizdən və gümanlarımızdan agahdır.

  5. Bəzən peyğəmbərlər gələcək hadisələrdən xəbərsiz olur.

  6. Bir yersiz qəzəb bəzən ilahi peyğəmbəri çətinliyə salır.

  7. Bəzən bir ləyaqətsiz əməl növbənöv zülmətlərə aparır.

  8. Çətinlikləri araşdırarkən Allahı pak sayaq və çətinliyin səbəbini özümüzdə axtaraq.

  9. Hərəkətlər, sevgilər və nifrətlər Allahın razılığına əsaslanmasa, xoşagəlməz nəticə ilə sonuclanır.

  10. Allah qarşısında günahın etirafı özü bir kamillik və dua qaydasıdır.

  11. Duada tövhid əqidəsi bəyan olunsa, Allah paklıqla yada salınsa, günah etiraf edilsə həmin dua qəbuldur.

  12. Allahın təsbihi (paklığının bəyanı) və günahın etirafı çətinlik və məhrumiyyətlərdən qurtuluş rəmzidir.

  13. Yeganə qurtuluş yolu Allahın razılığıdır.

  14. Quran dastanları başa çatmış əhvalatlar yox, daimi bir cərəyan, sünnədir.

  15. İman əhlinin qurtuluşu Allahın sünnəsi, qanunudur.

  16. Uyğun zikrin nəzərdə tutulmuş halda deyilməsi insanı xilas edir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 88-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 88-ci ayəsi nə haqqındadır?
Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.
Əl-Ənbiya surəsi 88-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 88-ci ayənin təfsiri nədir?
“Duasını qəbul etdik, onu qəmdən qurtardıq. Biz, möminlərə bu sayaq nicat veririk.”BildirişlərTarixin bəyanında davamlı olaraq şirin və müvəffəqiyyətli hadisələrdən danışaq, acı hadisələrə sadəcə işarə edək.Öz ilahi vəzifəmizi başa çatmış sayıb onu tərk etməyək.Bəzən bir tələsik, hesabsız və icazəsiz hərəkət ağır cəza ilə nəticələnir.Allah bizim düşüncələrimizdən və gümanlarımızdan agahdır.Bəzən peyğəmbərlər gələcək hadisələrdən xəbərsiz olur.Bir yersiz qəzəb bəzən ilahi peyğəmbəri çətinliyə sal...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.