Əl-Ənbiya surəsi · 91-ci ayə

Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Özünü pak saxlayan qadını (Məryəmi yad et). Biz ona Öz ruhumuzdan üfürdük. Onu və oğlunu aləmlər üçün nişanə qərar verdik.”


Bildirişlər

  1. Quran mətləblərinin bəyanında nümunələr və insani kamilliklər göstərmək zəruridir. Bu yönümdə qadınla kişi arasında fərq yoxdur.

  2. İlahi lütflər qabiliyyət olan zaman nazil olur.

  3. Paklıq qadının ən üstün kamilliklərindəndir.

  4. İnsanda mövcud olan bir kamillik bir çox bərəkətlərlə müşayiət olunur.

  5. Ananın paklığı onun övladlarını uca məqamlara yüksəldə bilər.

  6. Qadının məqamı o qədər yüksələ bilər ki, Allah onu peyğəmbərlər tək mədh edər, aləmlər arasında Özü üçün nişanə qərar verər.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 91-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 91-ci ayəsi nə haqqındadır?
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdr...
Əl-Ənbiya surəsi 91-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 91-ci ayənin təfsiri nədir?
“Özünü pak saxlayan qadını (Məryəmi yad et). Biz ona Öz ruhumuzdan üfürdük. Onu və oğlunu aləmlər üçün nişanə qərar verdik.”BildirişlərQuran mətləblərinin bəyanında nümunələr və insani kamilliklər göstərmək zəruridir. Bu yönümdə qadınla kişi arasında fərq yoxdur.İlahi lütflər qabiliyyət olan zaman nazil olur.Paklıq qadının ən üstün kamilliklərindəndir.İnsanda mövcud olan bir kamillik bir çox bərəkətlərlə müşayiət olunur.Ananın paklığı onun övladlarını uca məqamlara yüksəldə bilər.Qadının məqamı ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.