Əl-Fatihə surəsi · 3-cü ayə

(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Fatihə surəsi 3 ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Bağışlayan və mehribandır.”

Nöqtələr

"Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda "Rəhman” və "Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir.

Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır."("Ən`am”, 54. ) Allahın rəhməti, hər şeyi əhatə edir: "Mərhəməti hər şeyi əhatə etmişdir.”("Ə`raf”, 156. ) Allahın peyğəmbəri də, kitabı da Onun rəhmətindəndir." Səni də (Ya Məhəmməd) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.("Ənbiya”, 107. )Allahın xəlq etməsi və tərbiyəsi Onun rəhmətinə əsaslanır. Onun cəzası da lütf üzündəndir. Günahların bağışlanması, bəndələrin tövbəsinin qəbul edilməsi, onların eyblərinin örtülməsi, günahları aradan qaldırmaq üçün fürsət verilməsi Allahın rəhmət və mehribanlıq təzahürləridir.

Bildirişlər

1.İlahi tədbir və tərbiyə məhəbbət və rəhmətlə müşayiət olunur. ("Rəbb” sözü ilə yanaşı "Rəhman” sözü işlədilir) "Rəbbul” aləmin, ər-rəhmanir-rəhim”
2. Doğrudan da, təlim rəhm və mehribanlığa ehtiyaclıdır: "Rəhman (rəhimli olan) Quranı öyrətdi.”("Ər-rəhman”, 1, 2. ) Tərbiyə və təzkiyə (paklama) da rəhm və mehribanlığa əsaslanmalıdır.
3. Allahın rəhmaniyyəti ona sitayiş dəlilidir.

Tez-tez Verilən Suallar

Əl-Fatihə surəsi 3-cü ayə haqqında suallar və cavablar

Əl-Fatihə surəsinin 3-cü ayəsi nə haqqındadır?
(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.
Əl-Fatihə surəsi 3-cü ayə hansı surədə yerləşir?
Əl-Fatihə surəsi Quran-ı Kərimin 1-ci surəsidir. Bu surə Məkkəvi surədir və 3-cü ayə Əl-Fatihə surəsinin tərkib hissəsidir.
Əl-Fatihə surəsi 3-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Fatihə surəsinin 3-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Fatihə surəsi 3-cü ayənin təfsiri nədir?
"Bağışlayan və mehribandır.” Nöqtələr "Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda "Rəhman” və "Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir. Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır."("Ən`am”, 54. ) Allahın rəhməti, hər şeyi əhatə edir: "Mərhəməti hər şeyi əhatə etmişdir.”("Ə`raf”, 156. ) Allahın peyğəmbəri də, kitabı da...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.