NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 15
"Allahın dünya və axirətdə ona (Öz peyğəmbərinə) kömək göstərmədiyini güman edən kəs (hiylə gəlmək istəyir, de ki) göydən bir ip assın (boğazından asılsın), sonra (onu) kəssin. Baxsın ki, hiyləsi onun qəzəbini soyudurmu?!”
Nöqtələr
Bəziləri ayənin həzrət Peyğəmbərə (s) aid olmadığını bildirib, onu belə tərcümə edirlər: "Hər kəs Allahın ona yardım göstərmədiyini güman etsə...”
Ayə belə anlaşıla bilər ki, Allahdan uzaq insanı kosmosun fəthi də sakitləşdirə bilməz. "Səbəbin iləs-səma” dedikdə kosmosa uçuş, "Liyəqtə” dedikdə yolu adlamaq mənası başa düşülür. Uyğun təbirlər deyildiyi kimi tərcümə olunsa, hazırkı ayə Quranın elmi möcüzəsi, öncə görməsi sayıla bilər. Bir sözlə, bəşəriyyətin psixoloji durumu mütərəqqi texnologiya və kosmosa uçuşla islah olası deyil.
Bildirişlər
1. İlahi yardımlar dünya və axirətdə kəsiləsi deyil.
2. İlahi qüdrət və yardıma ümidsizlik insanın aramlığını pozur.
3. İntihar (insanın özünü öldürməsi) heç vaxt qurtuluş yolu olmur. (Yeganə aramlıq vasitəsi Allaha iman və təvəkküldür. Allahın iradəsindən və Ona imandan uzaq istənilən bir plan əbəsdir.)
4. Yerin və göyün fəthi, imandan kənar atılan istənilən bir addım səmərəsizdir.