NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 18
"Məgər görmədinmi ki, göylərdə və yerdə nə varsa, günəş, ay, ulduzlar, dağlar, ağaclar, canlıların hər biri və xalqın bir çoxu Allaha səcdə edir?! Əlbəttə, insanların bir çoxu (təkəbbür və inadkarlıq səbəbindən) qəti şəkildə əzaba düçar olur. Allahın alçaltdığı şəxsə kimsə ehtiram göstərməz. Həqiqətən, Allah istədiyini həyata keçirər.”
Bildirişlər
1. Göylərdə də şüurlu varlıqlar mövcuddur.
2. Bütün varlıq aləmi Allaha səcdə qılır, təvazö göstərir. Şüur təkcə insana aid deyil. (Əgər bütün varlıq aləminin Allaha təslim olduğunu biliriksə, bu tamdan seçilməməliyik. Şirk, təkəbbür varlıq nizamına ziddir.)
3. İnsanın seçim imkanı var.
4. İlahi əzablar haqq-ədalətə əsaslanır.
5. İzzət və zillət yalnız Allahın əlindədir.
6. Allahın iradəsi qarşısında heç bir maneə mövcud deyil.