Əl-Həcc ‏ surəsi · 2-ci ayə

Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ 24.05.2026

“Onu (böyük zəlzələni) müşahidə edəcəyiniz gün (vücudunuzu qorxu elə bürüyər ki,) hər bir süd əmdirən (qadın körpəsini) unudar, hər bir hamilə öz həmlini yerə qoyar (uşaq salar). Xalqı məst halda görərsən, amma onlar məst deyillər. Fəqət Allahın əzabı şiddətlidir.”

Nöqtələr

Quran Qiyamət səhnəsini təsvir edərkən insanı lərzəyə gətirən təbirlərdən istifadə edir. O cümlədən: “Uşaqları qocaldan gün”; “amansız və çətin gün”; “Əzabı əhatəli olan gün”. Ən güclü məhəbbət ananın öz övladına olan məhəbbətidir. Bu səbəbdən də Allah-təala Qiyamət çətinliyini bəyan edərkən ananın südəmər körpəsindən üz çevirməsini misal çəkir. Hamilə ananın bətnindəki körpəni vaxtsız salması da Qiyamət çətinliyinə bir işarədir. Əslində isə Qiyamətdə hamilə və ya südəmər körpəsi olan qadın yoxdur.

Bildirişlər

  1. Qiyamətin çətin hadisələri insanın həm hisslərini, həm də ağlını alır.

  2. Tərbiyəvi mövzuların bəyanında hisslərə toxunan misallardan istifadə edək.

  3. Çəkilən misalın həqiqətə uyğun gəlməsi zəruri deyildir.

  4. Quran məsəlləri zaman ötdükcə öz aktuallığını itirmir.

  5. İnsanda məstlik yaradan yalnız şərab deyil. (Bəzən qürur, qəflət, sərvət, məqam da insandakı tarazlığın pozulmasına səbəb olur.)

  6. Həzrət Peyğəmbər (s) Qiyamət təhlükələrindən sığortalanmışdır və amandadır.


Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 2-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 2-ci ayəsi nə haqqındadır?
Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.
Əl-Həcc ‏ surəsi 2-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 2-ci ayənin təfsiri nədir?
“Onu (böyük zəlzələni) müşahidə edəcəyiniz gün (vücudunuzu qorxu elə bürüyər ki,) hər bir süd əmdirən (qadın körpəsini) unudar, hər bir hamilə öz həmlini yerə qoyar (uşaq salar). Xalqı məst halda görərsən, amma onlar məst deyillər. Fəqət Allahın əzabı şiddətlidir.”NöqtələrQuran Qiyamət səhnəsini təsvir edərkən insanı lərzəyə gətirən təbirlərdən istifadə edir. O cümlədən: “Uşaqları qocaldan gün”; “amansız və çətin gün”; “Əzabı əhatəli olan gün”. Ən güclü məhəbbət ananın öz övladına olan məhəbbəti...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.