Əl-Həcc ‏ surəsi · 25-ci ayə

Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Həqiqətən, küfr edənlərə, (möminləri) Allah yolundan, bütün xalq, Məkkə sakinləri və bədəvilər üçün bərabər qərar verdiyimiz Məscidül-Həramdan döndərənlərə, orada zülm etmək istəyənlərə ağrılı əzabı daddırarıq.”

Nöqtələr
İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: "Məscidül-həramda Allahdan qeyrisinə pərəstiş edən və həmin müqəddəs məkana övliyalardan başqasını hami sayan kəs zülm və küfrə uğramışdır.” 
Bildirişlər
1. Puç əqidə insanı pis əmələ sürükləyir.
2. Adi günahlar böyük günahlar üçün müqəddimə olur.
3. Dini mərkəzlər azğınların gözünün tikanıdır.
4. Məkkə qanunları onun əsil sahibi tərəfindən müəyyənləşdirilməlidir.
5. Məscidül-Həram beynəlmiləl bir məntəqədir. Bu müqəddəs məkan göylər və okeanlar kimi hansısa fərdə, ölkəyə, hökumətə məxsus deyil.
6. Allah azğınları hökmən cəzalandırasıdır. Heç bir kafir və sitəmkar ilahi əzabdan amanda deyil.
7. Ayrı-ayrı məkanlar bir-birindən fərqlənir. (Məscidül-Həram hamı üçün əmin-aman mərkəzi olmalıdır.)
8. Bilərəkdən, zülm məqsədi ilə baş verən günah bilmədən baş verən günahdan fərqlənir. Küfr istəyi üçün cəza nəzərdə tutulur.
9. Müqəddəsliklərin, məzhəbi mərkəzlərin təhqiri üçün cəza müəyyənləşdirilmişdir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 25-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 25-ci ayəsi nə haqqındadır?
Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ...
Əl-Həcc ‏ surəsi 25-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 25-ci ayənin təfsiri nədir?
"Həqiqətən, küfr edənlərə, (möminləri) Allah yolundan, bütün xalq, Məkkə sakinləri və bədəvilər üçün bərabər qərar verdiyimiz Məscidül-Həramdan döndərənlərə, orada zülm etmək istəyənlərə ağrılı əzabı daddırarıq.”Nöqtələrİmam Sadiq (ə) ayə ilə bağlı buyurur: "Məscidül-həramda Allahdan qeyrisinə pərəstiş edən və həmin müqəddəs məkana övliyalardan başqasını hami sayan kəs zülm və küfrə uğramışdır.” Bildirişlər1. Puç əqidə insanı pis əmələ sürükləyir.2. Adi günahlar böyük günahlar üçün müqəddim...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.