Əl-Həcc ‏ surəsi · 26-cı ayə

Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"(Xatırla,) bir zaman Kəbə məkanını İbrahim üçün hazırladıq. (Ona dedik:) Mənə heç bir şərik qoşma, evimi təvaf, (ibadət üçün) qiyam, rüku və səcdə edənlər üçün pak saxla.”

Bildirişlər
1. Kəbə və İbrahimin macərası unudulmaz bir həqiqətdir.
2. Hər birimiz ilahi tövfiqə ehtiyaclıyıq.
3. Müqəddəs məkanlar müqəddəs fərdlərin ixtiyarında olmalıdır.
4. Bəşəriyyət lap qədimdən Kəbə evi ilə tanışdır.
5. Allaha hansısa şəkildə şərik qoşmaq yolverilməzdir.
6. Əvvəlcə içdən, sonra çöldən paklanmaq!
7. Məscidə xidmət ibrahimsayağı iftixardır.
8. Özünütərbiyə kifayət deyil, xalqa xidmət də lazımdır.
9. Allaha aid istənilən bir yer müqəddəsdir və bu yerə hamı ehtiram göstərməlidir.
10. İbadət mərkəzi pak olmalıdır.
11. Namaz və namazqılan şəxs o qədər əzizdir ki, hətta İbrahim özü ibadət məkanına xidmət göstərməlidir.
12. İnsanların təvafı, (ibadət üçün) qiyamı və namazı Məscidül-Həramın haqqıdır. Amma təvafın savabı daha böyükdür. (Təvaf Kəbə evinin başına fırlanmaqla müşayiət olunan ibadətdir; Həccə gedənlər Kəbə ətrafında 7 dəfə dövrə vurur və bu əməl təvaf adlanır.)

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 26-cı ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 26-cı ayəsi nə haqqındadır?
Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»
Əl-Həcc ‏ surəsi 26-cı ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 26-cı ayənin təfsiri nədir?
"(Xatırla,) bir zaman Kəbə məkanını İbrahim üçün hazırladıq. (Ona dedik:) Mənə heç bir şərik qoşma, evimi təvaf, (ibadət üçün) qiyam, rüku və səcdə edənlər üçün pak saxla.”Bildirişlər1. Kəbə və İbrahimin macərası unudulmaz bir həqiqətdir.2. Hər birimiz ilahi tövfiqə ehtiyaclıyıq.3. Müqəddəs məkanlar müqəddəs fərdlərin ixtiyarında olmalıdır.4. Bəşəriyyət lap qədimdən Kəbə evi ilə tanışdır.5. Allaha hansısa şəkildə şərik qoşmaq yolverilməzdir.6. Əvvəlcə içdən, sonra çöldən paklanmaq!7. Məscidə xid...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.