Əl-Həcc ‏ surəsi · 28-ci ayə

«Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"(İnsanlar hər tərəfdən Həccə axışırlar ki,) öz müxtəlif mənafelərinə şahid olsunlar, xüsusi Həcc günlərində onlara ruzi edilmiş dilsiz-ağızsız dördayaqlılara görə Allahı yad etsinlər. Onların ətindən yeyin, çarəsiz yoxsula yedirin.”

Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Xüsusi günlər dedikdə (qurbandan sonrakı) təşriq günləri, yəni zilhiccənin 11, 12 və 13-cü günləri nəzərdə tutulur.” 
İmam Sadiq (ə) buyurmuşdur: «Allahın zikri dedikdə, "Əllahu əkbər” və on beş namazdan sonraya aid məşhur bir duadakı cümlələr nəzərdə tutulur. Bu namazların birincisi qurban gününün zöhr (günorta) namazıdır.» 
İmam Kazim (ə) bir şəxsin sualına cavab olaraq buyurdu: "Məkkə qurbanlığının dərisi sallaqxanaya muzd verilə bilər. Çünki yalnız yeməli hissə istifadə olunur və ya fəqirə verilir. Dəri isə yeməli deyil.” 
Həccin siması haqqında bunları deyə bilərik:
–Həcc ümumi bir səfərbərlik, müvəhhidlərin (təkallahçıların) manevridir.
–Həcc eşq və bəndəliyin gözəl çöhrəsidir.
–Həcc İbrahim (ə), İsmail (ə), Məhəmməd (s) kimi peyğəmbərlərin xatirələrini və xidmətlərini əbədiləşdirməkdir. (Onların hər birinə Allahın salamı olsun!)
–Həcc müsəlmanların beynəlmiləl yığıncaq mərkəzidir.
–Həcc İslam dünyasının qarşılıqlı rabitə və məlumatlar mübadiləsi mərkəzidir.
–Həcc müsəlmanlar üçün iqtisadi dayaq olur, on minlərlə müsəlmana iş yeri yaradılır.
–Həcc İslam təbliğatı, İslama qarşı qurğuların ifşası, məzlumların himayəsi, kafirlərə nifrət və onların qəlbində qorxu yaradılması üçün ən üstün fürsətdir.
–Həcc tövbə, ölüm və məadın xatırlanması, dünyəvi bağlılıqların qırılması, vəfat və məhşər səhrasının müşahidəsi, həzrət Mehdinin (ə) intizarı üçün ən münasib fürsətdir.
Bildirişlər
1. Müsəlmanlar maddi və mənəvi mənafelər əldə etmək üçün Həcc səhnəsində iştirak etməlidir.
2. Həccin mahiyyəti o qədər mühümdür ki, bu mənafeni əldə etmək üçün dünyanın ən uzaq nöqtələrindən yola çıxmağa dəyər.
3. Allah əmrlərinin icrası, Həcdə ilahi niyyətə malik olmaq müxtəlif nemətlərdən bəhrələnməklə zidd deyil.
4. İlahi göstərişlər insanların öz xeyrinədir.
5. Həcdə həm dünyəvi, həm də üxrəvi (axirətə aid) faydalar var. İmam Sadiq (ə) buyurur: "Ayədə mənafe deyərkən dünya və axirət mənafesi nəzərdə tutulmuşdur.” 
6. İbadətin fəlsəfəsi Allahın yada salınmasıdır. Namaz da eyni mahiyyət daşıyır.
7. Zaman ünsürü duanın qəbuluna təsir göstərir. (İslami ibadətlərin xüsusi vaxt bölgüsü var)
8. Dördayaqlılar, onların insan qarşısında təslimçiliyi və qurban kəsilməsi bəşəriyyətə verilmiş ilahi nemətlərdəndir.
9. Ziyarətçilər özləri də qurban ətindən istifadə edə bilər. (Cahiliyyət dövründə isə ziyarətçi öz qurbanlığından istifadə edə bilməzdi.)
10. Həcdə iştirak və ondan bəhrələnmə yoxsulluğun aradan qaldırılması ilə müşayiət olunmalıdır.
11. Varlıların həcdə iştirakı onlara yoxsulları unutdurmamalıdır.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 28-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 28-ci ayəsi nə haqqındadır?
«Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, o...
Əl-Həcc ‏ surəsi 28-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 28-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 28-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 28-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 28-ci ayənin təfsiri nədir?
"(İnsanlar hər tərəfdən Həccə axışırlar ki,) öz müxtəlif mənafelərinə şahid olsunlar, xüsusi Həcc günlərində onlara ruzi edilmiş dilsiz-ağızsız dördayaqlılara görə Allahı yad etsinlər. Onların ətindən yeyin, çarəsiz yoxsula yedirin.”Nöqtələrİmam Sadiq (ə) buyurmuşdur: "Xüsusi günlər dedikdə (qurbandan sonrakı) təşriq günləri, yəni zilhiccənin 11, 12 və 13-cü günləri nəzərdə tutulur.” İmam Sadiq (ə) buyurmuşdur: «Allahın zikri dedikdə, "Əllahu əkbər” və on beş namazdan sonraya aid məşhur bir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.