NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 31
"Hamılıqla Allah üçün xalis olduğunuz və Allaha heç bir şərik qoşmadığınız halda (həcc mərasimini yerinə yetirin). Allaha şərik qoşan kəs sanki səmadan süqut etmişdir, bir quş onu fəzada alıb aparmışdır, külək onu uzaq bir məkana atmışdır.”
Nöqtələr
"Hənif” sözünün cəm forması olan "hunəfa” sözü "haqq dinə tabe olan kəs” mənasını bildirir.
"Xətəf” cəld oğurluq, "səhiq” uzaq mənasını bildirir.
Tövhid hər şeyə dəyər verirsə, şirk ən üstün mövcudları dəyərdən salır. Aləmlərin Rəbbinə iman gətirmiş hud-hud (şanapipik) quşu müşrik xalqın hidayəti üçün çalışmaqla elə bir məqama çatdı ki, bir məntəqə üçün hidayət vasitəsi oldu. İnsan isə şirk səbəbindən elə alçalır ki, quşa yem olur.
Quran məsəlləri hansısa zaman və ya məkanda öz aktuallığını itirmir. Bu misallar həm təbiidir, həm də dərk olunası.
Bildirişlər
1. Qurbanlıq, təvaf, nəzrə vəfa və bütün digər əməllər yalnız Allah üçün olsun.
2. Allahdan başqa hansı gücə güvənsək, sonda süquta uğrayasıyıq.
3. Şirk kimsəyə bağışlanmır.
4. Tövhid və ixlas səmada hüzur, şirk səmadan süqut və quşlara yem olmaq kimidir.
5. Allahdan uzaq düşməklə süquta uğramaq arasında bir an belə fasilə yoxdur.
6. Ən müqəddəs işlər ən müqəddəs yerlərdə və ən müqəddəs vaxtlarda həyata keçsə, amma ixlasla müşayiət olunmasa, sonu inkişaf yox, süqutdur.
7. İxlas insanı tufanlardan sığortalayır, ixlassızlıq isə onu tufanlara düçar edir.
8. Hətta bir anlıq şirk insanın əlindən bütün sərmayəsini alır.