NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 32
"Budur (Allahın Həcc haqqındakı göstərişləri). Hər kəs Allahın mərasimlərini əziz tutsa, bu, qəlblərin təqvasındandır.”
Nöqtələr
Qurani-Kərim digər ayələrdə iki dəfə aşkar şəkildə Həcc mərasimlərini ilahi mərasimlərdən sayır: Bir dəfə "Səfa və Mərvə”, digər dəfə "qurbanlıq dəvələr” təbiri ilə. Amma ilahi mərasimlər bununla başa çatmır, bütün kollektiv ibadətlər ilahi mərasim sayılır. Cümə namazları, cəmiyyət namazları və bütün həcc mərasimi uyğun ayinlərdəndir.
Təqva müxtəlif nişanələrlə anlaşılan ruhi halətlərdəndir. Çünki zahiri işlərdə günahla savab arasında bir o qədər də fərq yoxdur. Məsələn, xalisanə namaz riyakarlıqla qılınan namazdan zahirən fərqlənmir. Onlardan birini dəyərli, digərini dəyərsiz edən qəlblərə aid olan ruh və batindir.
Bildirişlər
1. Daxili təqvanın zahiri nişanələri də olmalıdır. İlahi mərasimlərə etinasızlıq göstərən şəxsin əslində qəlb təqvası yetərsizdir.
2. Anma mərasimləri rəqabət yox, təqvaya əsaslanmalıdır.