Əl-Həcc ‏ surəsi · 35-ci ayə

O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"("Muxbitin”) o kəslərdir ki, Allahın adı çəkildiyi vaxt qəlbləri qorxudan lərzəyə gələr, düçar olduqlarına səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.”


Nöqtələr
Allah zikri həm insana aramlıq verir, həm də iman əhlini lərzəyə gətirir. Necə ki, körpə öz valideynini yada saldıqda həm rahatlaşır, həm də onlardan çəkinib özünü yığışdırır.

Bildirişlər
1. Allah qorxusu bir dəyərdir.
2. Təqva bütün kamilliklərdən öndə gəlir.
3. Vəzifənin icrasında təqvadan sonra, müqavimət və səbir əsas prinsipdir.
4. Çətinliklər qarşısında dayana bilən səbir dəyərlidir.
5. Allahla rabitə məhrumlarla rabitədən ayrı deyil.
6. İnsan təkcə sərvətindən yox, həm də elm, hörmət, sənətindən infaq edə bilər.
7. Yalnız daimi infaqın dəyəri var.
8. İnfaq edərkən orta həddi gözləmək lazımdır.
9. İnsanın mal-mülkü ilahi ruzidir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 35-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 35-ci ayəsi nə haqqındadır?
O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Əl-Həcc ‏ surəsi 35-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 35-ci ayənin təfsiri nədir?
"("Muxbitin”) o kəslərdir ki, Allahın adı çəkildiyi vaxt qəlbləri qorxudan lərzəyə gələr, düçar olduqlarına səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.”NöqtələrAllah zikri həm insana aramlıq verir, həm də iman əhlini lərzəyə gətirir. Necə ki, körpə öz valideynini yada saldıqda həm rahatlaşır, həm də onlardan çəkinib özünü yığışdırır.Bildirişlər1. Allah qorxusu bir dəyərdir.2. Təqva bütün kamilliklərdən öndə gəlir.3. Vəzifənin icrasında təqvadan sonra, müqavimət və səbir ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.