NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 37
"Qurbanlıq heyvanların əti və qanı əsla Allaha çatmaz. Sizin tərəfdən Ona çatası yalnız təqvadır. Allah heyvanları sizin üçün bu sayaq ram etdi. Belə ki, sizi hidayət etdiyi üçün Allahı böyüklüyü ilə yad edəsiniz. Xeyir əməl sahiblərinə müjdə ver.”
Bildirişlər
1. Allah bizim gördüyümüz işlərə ehtiyaclı deyil.
2. Dinin zahiri məsələləri arxasında ali məqsədlər dayanır. (Dini göstərişlərin zahiri ilə kifayətlənməyək. İlahi hökmlərin batinini ixlas, bəndəlik ruhu, təslimçilik təşkil edir.)
3. İnsan Allahla təqva vasitəsi ilə rabitə yaradır.
4. Allahı böyüklüyü ilə xatırlamaq bir növ şükürdür.
5. Şükrü xüsusi tövsiyə olunmuş nemətlərdən biri də hidayət nemətidir.
6. Allahın lütfü olmasa, bütün insanlar yolunu azar.
7. Həcc və onun ayinləri hidayətin aşkar təcəssümüdür.
8. Həcc əməllərinin icrası insanı xeyir əməl sahibləri zirvəsinə qatır.