Əl-Həcc ‏ surəsi · 38-ci ayə

Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"Sözsüz ki, Allah iman gətirən kəsləri müdafiə edir. Həqiqətən, Allah heç bir xəyanətkar nankoru sevmir.”


Nöqtələr
Möminlərin müdafiəsi və onlara yardım ilahi vəd və sünnələrdəndir. Allah belə bir müdafiə və himayəni Özü üçün zəruri etmişdir.[26] Əlbəttə ki, ilahi müdafiə və yardım dedikdə, təkcə dərhal və qısa müddətli himayə nəzərdə tutulur. Uzun müddətli müdafiə də bu qəbildəndir. Möminlər bir döyüşdə zahirən məğlub olsalar da, onların amalları və düşüncələri qalibdir. İbn Mülcəm Həzrət Əlini (ə) şəhadətə çatdırdı. Allah İbn Mülcəmi himayə etdi, yoxsa Əlini (ə). Əlinin (ə) adı, Əlinin (ə) övladı, Əlinin (ə) kitabı, Əlinin (ə) münacatı, Əlinin (ə) izzəti, Əlinin (ə) şiəsi, Əlinin (ə) düşüncəsi nəhayət qələbəyə çatdı.
"Xəvvan” və "kəfur” dedikdə küfr və xəyanət ruhu xarakterinə hopmuş şəxs başa düşülür.

Bildirişlər
1. Möminlərin müdafiəsi ilə bağlı Allahın vədi hökmən gerçəkləşəsidir.
2. Möminlər tənha və müdafiəsiz deyil.
3. Allahın himayəsi əbədidir.
4. Möminlər Allahın, Allah isə möminlərin ehtiramını qoruyur.
5. Möminlər Allahın sevimlisidirlər.
6. Allahın yardım və himayəsini insana nəsib edən imandır. 
7. Allahın qəhr-qəzəbi meyarlara əsaslanır. (Allahın dini bizim əlimizdə əmanətdir və ona xəyanət etmək olmaz.)
8. Bütün insanlar Allah qarşısında eynidir və kimsənin xəyanəti bağışlanmır.
9. Xəyanətdən də pisi xəyanətə vərdiş etməkdir. Küfrdən də pisi küfrə adət etməkdir.
10. Xəyanət küfr üçün zəmindir.
11. İmanı olmayan şəxs özünə, Allaha və Allahın rəsuluna xəyanət etmişdir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 38-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 38-ci ayəsi nə haqqındadır?
Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.
Əl-Həcc ‏ surəsi 38-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 38-ci ayənin təfsiri nədir?
"Sözsüz ki, Allah iman gətirən kəsləri müdafiə edir. Həqiqətən, Allah heç bir xəyanətkar nankoru sevmir.”NöqtələrMöminlərin müdafiəsi və onlara yardım ilahi vəd və sünnələrdəndir. Allah belə bir müdafiə və himayəni Özü üçün zəruri etmişdir.[26] Əlbəttə ki, ilahi müdafiə və yardım dedikdə, təkcə dərhal və qısa müddətli himayə nəzərdə tutulur. Uzun müddətli müdafiə də bu qəbildəndir. Möminlər bir döyüşdə zahirən məğlub olsalar da, onların amalları və düşüncələri qalibdir. İbn Mülcəm Həzrət Əlini (...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.