Əl-Həcc ‏ surəsi · 39-cu ayə

Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"Daim və məzlumcasına hücuma, qətlə məruz qalanlara müdafiə və cihad icazəsi verilmişdir. Əlbəttə, Allah onlara yardım etməyə qadirdir.”


Nöqtələr
Qeyd edirlər ki, bu ayə həzrət Peyğəmbərə (s) cihad və silahlı döyüş icazəsi vermiş ilk ayədir. Həzrət öz missiyasını üç mərhələdə həyata keçirirdi:
1) Dəvət, qəlb islahı, qüvvələrin tərbiyəsi;
2) Qüvvələrin təşkili və səfərbərliyi;
3) Müdafiə və ya hücum.

Bildirişlər
1. Allahın və peyğəmbərin izni olmadan cihada icazə yoxdur.
2. Məzlumlara öz düşmənləri ilə cihad etmək icazəsi verilib.
3. Yalnız biz ayağa qalxdıqdan sonra Allah yardım edir.
4. Döyüşçülərə ruhiyyə verin.
5. Haqq batilə qalibdir.
6. İlahi yardımlar təkcə hərbi yönümə malik deyil. Bu yardımın müxtəlif növləri var.
7. Allahın yardımı qətidir.
8. Allahın möminlərə yardımı geniş və əhatəlidir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 39-cu ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 39-cu ayəsi nə haqqındadır?
Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.
Əl-Həcc ‏ surəsi 39-cu ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 39-cu ayənin təfsiri nədir?
"Daim və məzlumcasına hücuma, qətlə məruz qalanlara müdafiə və cihad icazəsi verilmişdir. Əlbəttə, Allah onlara yardım etməyə qadirdir.”NöqtələrQeyd edirlər ki, bu ayə həzrət Peyğəmbərə (s) cihad və silahlı döyüş icazəsi vermiş ilk ayədir. Həzrət öz missiyasını üç mərhələdə həyata keçirirdi:1) Dəvət, qəlb islahı, qüvvələrin tərbiyəsi;2) Qüvvələrin təşkili və səfərbərliyi;3) Müdafiə və ya hücum.Bildirişlər1. Allahın və peyğəmbərin izni olmadan cihada icazə yoxdur.2. Məzlumlara öz düşmənləri ilə c...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.