Əl-Həcc ‏ surəsi · 4-cü ayə

(Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 4
MÖHSÜN QƏRAƏTİ 24.05.2026
“Onun (şeytan) üçün yazıldı ki, vilayətini qəbul edəni hökmən azdırar, yandırıcı oda çəkər.”

Nöqtələr

“Yazıldı” sözü şeytanın məcbur edildiyini göstərmir. Çünki başqa bir ayədə şeytanın öz iradəsi ilə, inadkarlıq səbəbindən səcdə etmədiyi və Allaha qarşı çıxdığı bildirilir. Qeyd olunur ki, şeytan insanları azdıracağına and içmişdir. “Onun üçün yazıldı” dedikdə şeytanın öz istək və iradəsi əsasında ardıcıllarını azdırmasının labüdlüyü nəzərdə tutulur.

Bildirişlər

  1. Şeytan yolu seçiminin və ona itaətin qəti ilahi əzabdan savay nəticəsi yoxdur. (Günahkarlar üçün cəza yalnız onlar günaha batdıqdan sonra müəyyənləşdirilir.)

  2. Şeytana tabeçilik onun vilayətini, hakimiyyətini qəbul etməkdir.

  3. Şeytan istədiyini yox, ona tabe olanları azdırır.

  4. Bütün şeytanlar insanları bir yola çəkir; yandırıcı oda!

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 4-cü ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 4-cü ayəsi nə haqqındadır?
(Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»
Əl-Həcc ‏ surəsi 4-cü ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 4-cü ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 4-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 4-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 4-cü ayənin təfsiri nədir?
“Onun (şeytan) üçün yazıldı ki, vilayətini qəbul edəni hökmən azdırar, yandırıcı oda çəkər.”Nöqtələr“Yazıldı” sözü şeytanın məcbur edildiyini göstərmir. Çünki başqa bir ayədə şeytanın öz iradəsi ilə, inadkarlıq səbəbindən səcdə etmədiyi və Allaha qarşı çıxdığı bildirilir. Qeyd olunur ki, şeytan insanları azdıracağına and içmişdir. “Onun üçün yazıldı” dedikdə şeytanın öz istək və iradəsi əsasında ardıcıllarını azdırmasının labüdlüyü nəzərdə tutulur.BildirişlərŞeytan yolu seçiminin və ona itaətin ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.