Əl-Həcc ‏ surəsi · 40-cu ayə

O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"(Hücuma məruz qalmış məzlumlar) o kəslərdir ki, haqsız olaraq evlərindən, yurdlarından qovulmuşlar. (Onların günahı) yalnız bu idi ki, deyirdilər: "Bizim Rəbbimiz bir olan Allahdır.” Allah bəzilərini bəziləri vasitəsi ilə dəf etməsə, sovməələr, sinaqoqlar, kilsələr və Allahın adının daha çox çəkildiyi məscidlər viran qalar. Şübhəsiz, Allah Ona yardım göstərənə yardım edir. Həqiqətən, Allah qüvvəli və məğlubedilməzdir.”


Nöqtələr
"Sovməə” dedikdə biyaban və mağaralarda rahiblərə məxsus ibadət və riyazət məhəlli nəzərdə tutulur. "Biyə” dedikdə məsihilərə, "sələvat” dedikdə yəhudilərə məxsus ibadət məhəlli nəzərdə tutulur.
Məscidlərin xaraba qalması dedikdə parçalanma, ədalətli imamdan uzaqlıq, yoxsulların yaddan çıxarılması, vəziyyətdən xəbərsizlik, Allahdan qəflət nəzərdə tutulur. Bu səbəbdən də düşmən ilk öncə həmin mərkəzləri viran qoymaq istəyir.

Bildirişlər
1. Vətəndən didərginlik məzlumiyyətin ən aşkar nümunəsidir.
2. Vətəndə rahat yaşamaq insanın təbii haqqıdır, vətəndən çıxarılması isə ona qarşı zülümdür.
3. Quranda yer üzündə fitnə-fəsad törədənlərin sürgünü düzgün, möminlərin sürgünü yanlış sayılır.
4. Dindarlığın çətinliyi də var.
5. Möminlər Allah iradəsinin gerçəkləşməsi üçün vasitədirlər. (Allah möminlərin əli ilə müdafiə edir.)
6. Dini mərkəzlərin qorunması üçün bəzən qan vermək lazım gəlir.
7. İstər döyüş, istər qələm və bəyan, istərsə də digər proqramlarla məscidləri qorumaq mühümdür.
8. Düşmənin ən mühüm məqsədi fəal dini mərkəzlərin məhvidir. (Məbədlər cəmiyyətdə dinin hüzurunu göstərir.)
9. İbadətgahın adı və yeri mühüm deyil. Kafirlər və təcavüzkarlar istənilən bir yerdə Allahın zikri və onun yolu ilə vuruşurlar.
10. Dini mərkəzlərdə əsas məqsəd və əməllərin ruhu Allah zikridir.
11. Quran Allahın daha çox zikr olunduğu məscidləri xoş sözlərlə yad edir. (Harada Allah daha çox zikr olunursa, həmin yer daha müqəddəsdir.)
12. Bizim səy və təlaşımızdan sonra ilahi yardımlar nazil olur.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 40-cu ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 40-cu ayəsi nə haqqındadır?
O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçp...
Əl-Həcc ‏ surəsi 40-cu ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 40-cu ayənin təfsiri nədir?
"(Hücuma məruz qalmış məzlumlar) o kəslərdir ki, haqsız olaraq evlərindən, yurdlarından qovulmuşlar. (Onların günahı) yalnız bu idi ki, deyirdilər: "Bizim Rəbbimiz bir olan Allahdır.” Allah bəzilərini bəziləri vasitəsi ilə dəf etməsə, sovməələr, sinaqoqlar, kilsələr və Allahın adının daha çox çəkildiyi məscidlər viran qalar. Şübhəsiz, Allah Ona yardım göstərənə yardım edir. Həqiqətən, Allah qüvvəli və məğlubedilməzdir.”Nöqtələr"Sovməə” dedikdə biyaban və mağaralarda rahiblərə məxsus ibadət və ri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.