Əl-Həcc ‏ surəsi · 41-ci ayə

O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"O kəslər ki, əgər onları yer üzündə qüdrətə çatdırsaq, namazı bərpa edər, zəkat verər, yaxşılığa çağırar, pisliyə qadağa qoyarlar. Bütün işlərin sonu Allah üçündür.”


Nöqtələr
Əgər qüdrət və imkan saleh insanların əlində olsa düzgün bəhrələnər, biganələrin əlində olsa sui-istifadə edərlər. Beləcə, dünya və qüdrət bəziləri üçün nemət, bəziləri üçün bədbəxtlik vasitəsidir. Quran hər iki hal üçün nümunə göstərir. Bildirilir ki, möminlər qüdrətə çatsa, Allahın yolunu izləyər, biganələr qüdrətə çatsa, tüğyan qoparar, bəşər nəslinin məhvi üçün çalışar, nəhayət, insanları cəhənnəmə sürükləyərlər. 

Bildirişlər
1. Dinin dirçəldilməsi Allaha yardım sayılır.
2. Yaxşılığa əmr və pisliyə qadağa üçün qüdrətə ehtiyac var.
3. Möminlərin qələbəsi bəndəlik və qarşılıqlı yardım üçün zəmin hazırlayır, qəflət və qüruru aradan qaldırır.
4. Möminlər üçün bütün yer üzü eynidir. Onlar bacardıqları yerdə müqəddəs hədəfləri həyata keçirməyə çalışırlar.
5. Bütün qüdrət və imkanları Allahdan bilək.
6. Salehlərin hakimiyyətinin ilkin səmərəsi namaz, zəkat, yaxşılığa əmr və pisliyə qadağadır.
7. Allaha bağlılıq imkansızlara yardım, cəmiyyətə xəbərdarlıq, fəsadın qarşısının alınmasından ayrı deyil.
8. Namazın bərpası, zəkat ödənməsi, yaxşılığa əmr və pisliyə qadağa İslam hökuməti məsullarının qəti vəzifələrindəndir.
9. Mömin hakimlər həm mənəvi dirçəliş, həm də iqtisadi problemlərin həlli barədə düşünür, yoxsulluğu aradan qaldırmağa çalışırlar.
10. Namaz, zəkat, yaxşılığa əmr və pisliyə qadağa (əmr be məruf və nəhy əz münkər) dəyərlərini əsas götürmüş cəmiyyət Allahın himayəsi altındadır.
11. Yalnız fərdi vəzifələrinizə əməl etdikdən sonra sizin əmr və qadağalarınız cəmiyyətə təsir göstərər.
12. Namazın bərpası üçün qüdrət və imkana ehtiyac var.
13. Zəkat namazla qırılmaz şəkildə bağlıdır. (Quranın 28 ayəsində zəkat namazla yanaşı yada salınır.)
14. Bütün vəzifələrinizi yerinə yetirdikdən sonra belə aqibətinizdən arxayınlaşmayın. Çıxış yolu Allaha ümid və təvəkküldür.
15. Bugünkü imkanlar yalnız bir müddət əlinizdə qalasıdır.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 41-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 41-ci ayəsi nə haqqındadır?
O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.
Əl-Həcc ‏ surəsi 41-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 41-ci ayənin təfsiri nədir?
"O kəslər ki, əgər onları yer üzündə qüdrətə çatdırsaq, namazı bərpa edər, zəkat verər, yaxşılığa çağırar, pisliyə qadağa qoyarlar. Bütün işlərin sonu Allah üçündür.”NöqtələrƏgər qüdrət və imkan saleh insanların əlində olsa düzgün bəhrələnər, biganələrin əlində olsa sui-istifadə edərlər. Beləcə, dünya və qüdrət bəziləri üçün nemət, bəziləri üçün bədbəxtlik vasitəsidir. Quran hər iki hal üçün nümunə göstərir. Bildirilir ki, möminlər qüdrətə çatsa, Allahın yolunu izləyər, biganələr qüdrətə çatsa, ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.