Əl-Həcc ‏ surəsi · 52-ci ayə

Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, o arzu etdikdə şeytan Öz təlqini ilə onun arzularına mane olmasın. Amma Allah şeytanın bütün təlqinlərini aradan götürər, sonra öz ayələrini möhkəmləndirər. Allah elm və hikmət sahibidir.”

Nöqtələr
Şeytanın vəsvəsələrinə, təlqinlərinə münasibətdə, xalq bir neçə qrupa bölünür:
1. Şeytanın vəsvəsələri ruhuna təsir göstərənlər. 
2. Şeytanla təmasda olub, məsələni tez bir zamanda anlayıb onu rədd edənlər. 
3. Daim şeytanla birlikdə olanlar. 
Peyğəmbərlər bu qrupların heç birinə daxil deyildirlər. Onlar məsumdurlar. Şeytan onlara yaxınlaşa bilmir, ruhlarına vəsvəsə etməkdə, onlarla təmas qurmaqda acizdir. Şeytanın peyğəmbərlərin arzularına təlqini ola bilər. Amma məlum məsələdir ki, peyğəmbərlərin proqramları onların şəxsi məsələlərindən fərqlənir.

Bildirişlər
1. İslam Peyğəmbəri (s) son peyğəmbərdir.
2. Haqla batil arasındakı ziddiyyət daimi bir cərəyandır.
3. Bütün peyğəmbərlər eyni mərtəbədə deyil. (Rəsul nəbidən daha geniş təbliğə məsuldur.)
4. Peyğəmbərlərin öz məqsədləri ilə bağlı proqramları var.
5. Şeytan peyğəmbərlərə təsir göstərə bilməsə də, məqsədlərlə bağlı vəsvəsəyə əl atır.
6. Şeytanın vəsvəsələri ən üstün proqramlar üçün də təhlükə törədir.
7. Haqq-batil qarşıdurmasında Allah batili məhv edir, haqqı möhkəmləndirir.
8. Haqqın batilə qələbəsi üçün tələsməyin.
9. Allahın himayəsi olmadan haqq möhkəmlənməz.
10. Haqla batil arasındakı ziddiyyət, haqqın batilə qələbəsi Allahın hikmət və elmə əsaslanan planlarındandır.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 52-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 52-ci ayəsi nə haqqındadır?
Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri...
Əl-Həcc ‏ surəsi 52-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 52-ci ayənin təfsiri nədir?
"Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, o arzu etdikdə şeytan Öz təlqini ilə onun arzularına mane olmasın. Amma Allah şeytanın bütün təlqinlərini aradan götürər, sonra öz ayələrini möhkəmləndirər. Allah elm və hikmət sahibidir.”NöqtələrŞeytanın vəsvəsələrinə, təlqinlərinə münasibətdə, xalq bir neçə qrupa bölünür:1. Şeytanın vəsvəsələri ruhuna təsir göstərənlər. 2. Şeytanla təmasda olub, məsələni tez bir zamanda anlayıb onu rədd edənlər. 3. Daim şeytanla birlikdə olanlar. Pe...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.