NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 55
"Küfrə uğrayanlar daim Quran və peyğəmbərliyə münasibətdə şəkdədirlər. Nəhayət, Qiyamət onları qəfildən yaxalayar, ya da bəhrəsiz bir günün əzabı soraqlarına gələr.”
Bildirişlər
1. Əgər şəkk-şübhə araşdırma və iman üçün müqəddimə olsa, dəyər sayılar. Sonu azğınlıq və əzab olan şəkk-şübhə pisdir.
2. Hər adamdan iman intizarında olmayın. Çünki bəzilərinə heç bir dəlil təsir etmir.
3. Küfr və haqla mübarizə yolunu seçən kəs istənilən bir həqiqət qarşısında şəkk-şübhəyə düşər.
4. Ölüm və Qiyamət qəfil hadisədir. Heç vaxt qəflətdə olmayaq.
5. Qiyamət qopduqdan sonra keçmiş səhvləri düzəltmək üçün fürsət qalmır.