Əl-Həcc ‏ surəsi · 59-cu ayə

Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 59
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Şübhəsiz, Allah onları razı qalacaqları bir məhəllə daxil edər. Həqiqətən, Allah bilən və həlimdir.”

Bildirişlər
1. Məqsədli hicrət dəyərli bir işdir.
2. Allah yolunda hicrətdə ölənlər şəhid kimidirlər. (Əsas məsələ ölüm və ya şəhadət yox, Allah yolunda olmaqdır.)
3. Allah yolunda nakamlıq yoxdur. Allahın saleh bəndələri dünya ləzzətlərindən məhrum olsalar da, onları böyük axirət nemətləri gözləyir.
4. İlahi vədlərin həyata keçəcəyinə şübhə yoxdur.
5. Dünya ruzisi bəzən şirindir, bəzən də acı. Amma behişt əhli yalnız yaxşı ruzidən faydalanır.
6. Həqiqi ruzi verən Allahdır. Başqaları yalnız vasitə ola bilər.
7. Xoşagələn məskən və mənzil yaxşı ruzi nümunələrindəndir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 59-cu ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 59-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).
Əl-Həcc ‏ surəsi 59-cu ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 59-cu ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 59-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 59-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 59-cu ayənin təfsiri nədir?
"Şübhəsiz, Allah onları razı qalacaqları bir məhəllə daxil edər. Həqiqətən, Allah bilən və həlimdir.”Bildirişlər1. Məqsədli hicrət dəyərli bir işdir.2. Allah yolunda hicrətdə ölənlər şəhid kimidirlər. (Əsas məsələ ölüm və ya şəhadət yox, Allah yolunda olmaqdır.)3. Allah yolunda nakamlıq yoxdur. Allahın saleh bəndələri dünya ləzzətlərindən məhrum olsalar da, onları böyük axirət nemətləri gözləyir.4. İlahi vədlərin həyata keçəcəyinə şübhə yoxdur.5. Dünya ruzisi bəzən şirindir, bəzən də acı. Amma b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.