NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 60
"(Bəli, hökm) budur. Hər kəs özünə verilən sitəm həddində cəzalandırsa, yenidən zülmə düçar olduqda, şübhəsiz, Allah ona yardım edəcək. Əlbəttə, Allah əfv edib bağışlayandır.”
Nöqtələr
"Təfsiri-nümunə”də oxuyuruq: "Müşriklər məhərrəm ayında dedilər: "Müsəlmanlar bu ayda döyüşü haram sayırlar. Onlar bu ayda müdafiə də olunmayacaqlar, belə isə yubanmadan hücum edək.” Ayədə isə buyurulur: "İstənilən bir ayda müdafiə vacibdir.”
Bildirişlər
1. Müdafiə hər bir insanın təbii haqqıdır.
2. Ədalət hər yerdə dəyərdir.
3. Məzluma yardım bəzən zalımın məhvi ilə müşayiət olunmur.
4. Allah məzluma yardım edir, amma onun müəyyən səbəblərdən zalımı da bağışlaması mümkündür.