Əl-Həcc ‏ surəsi · 67-ci ayə

Biz (Nuhdan sənə kimi olub keçmiş ümmətlərdən) hər bir ümmət üçün (onların zaman və hallarına uyğun) bir ibadət müəyyənləşdirmişik ki, ona əməl edirlər. Buna görə də onlar (şəriət) iş(in)də səninlə mübahisə etməməlidirlər (nəsx edən şəriəti götürərək nəsx olunmuşu kənara qoymalıdırlar). Rəbbinə tərəf dəvət et! Şübhəsiz, sən doğru yoldasan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Hər bir ümmət üçün əməl etsinlər deyə ayinlər müəyyənləşdirdik. Bu barədə səninlə mübahisə etməməlidirlər. (Xalqı) Rəbbinin yoluna çağır. Həqiqətən, sən doğru yoldasan.”

Nöqtələr
İnsanların mövsümi, ictimai və qeyri-sabit ehtiyacları olduğundan onlar üçün müxtəlif şəraitlərdə yeni göstərişlər verilməlidir. Necə ki, şərait dəyişdikcə həkim də yazdığı nüsxəni dəyişir. Yaşadığımız dövrdə fəqihlər (din alimləri) ümumi qanunlar çərçivəsində müsəlmanlara yeni göstərişlər verirlər.
Bəziləri "mənsək” sözünün qurbanlıq mənasında olduğunu əsas götürüb ayəni belə mənalandırırlar: "Biz hər bir ümmət üçün bir növ qurbanlıq müəyyənləşdirdik ki, ona əməl etsinlər. Buna görə də müşriklər sənin qurbanlıq göstərişinə bəhanə tutmamalıdırlar.”

Bildirişlər
1. Allah heç bir ümməti məktəbsiz qoymur.
2. Din Allah tərəfindən olmalıdır.
3. Xalq ilahi yolda qədəm götürməlidir.
4. Təbliğatçının vəzifəsi ümmətin hidayəti və bu yolda sabitqədəmlikdir.
5. Doğru yol peyğəmbərlərin yoludur.
6. Müxaliflərin təzyiqləri, düşmənçiliklərinə cavab üçün həqiqi rəhbərlərdən güc almaq lazımdır.
7. Başqalarının doğru yola çağırışını öhdəsinə götürmüş kəs özü haqq yolda olmalıdır 

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 67-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 67-ci ayəsi nə haqqındadır?
Biz (Nuhdan sənə kimi olub keçmiş ümmətlərdən) hər bir ümmət üçün (onların zaman və hallarına uyğun) bir ibadət müəyyənləşdirmişik ki, ona əməl edirlər. Buna görə də onlar (şəriət) iş(in)də səninlə mübahisə etməməlidirlər (nəsx edən şəriəti götürərək nəsx olunmuşu kənara qoymalıdırlar). Rəbbinə tərəf dəvət et! Şübhəsiz...
Əl-Həcc ‏ surəsi 67-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 67-ci ayənin təfsiri nədir?
"Hər bir ümmət üçün əməl etsinlər deyə ayinlər müəyyənləşdirdik. Bu barədə səninlə mübahisə etməməlidirlər. (Xalqı) Rəbbinin yoluna çağır. Həqiqətən, sən doğru yoldasan.”Nöqtələrİnsanların mövsümi, ictimai və qeyri-sabit ehtiyacları olduğundan onlar üçün müxtəlif şəraitlərdə yeni göstərişlər verilməlidir. Necə ki, şərait dəyişdikcə həkim də yazdığı nüsxəni dəyişir. Yaşadığımız dövrdə fəqihlər (din alimləri) ümumi qanunlar çərçivəsində müsəlmanlara yeni göstərişlər verirlər.Bəziləri "mənsək” sözü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.