Əl-Həcc ‏ surəsi · 7-ci ayə

Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 7
MÖHSÜN QƏRAƏTİ 24.05.2026
“(İnsanın torpaqdan yaranışı, bitkilərin torpaqdan cücərməsi göstərir ki,) həqiqətən, Qiyamət gələsidir və bunda şübhə yoxdur. Allah qəbirdə uyuyan bütün insanları dirildəcək.”

Bildirişlər

  1. İnsan və bitki aləminin yaranışı Allahın haqlılıq nişanəsidir.

  2. Allah heç vaxt yaranışı ölümlə başa çatdırmaz. Çünki haqq olan varlığın mənasız, batil iş görməsi mümkünsüzdür. O öz yaratdıqlarını son məqsədə çatdırmalıdır və ölümdən sonra növbəti mərhələnin mövcudluğu labüddür.

  3. Bir dəfə yaradan ikinci dəfə də yarada bilər.

  4. Həm heçdən yaradan, həm də yaratdıqlarını hökmü altında saxlayan şəxs mütləq qeyd-şərtsiz qüdrət sahibidir.

  5. Məad–ölümdən sonrakı həyat cismanidir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 7-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 7-ci ayəsi nə haqqındadır?
Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.
Əl-Həcc ‏ surəsi 7-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 7-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 7-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 7-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 7-ci ayənin təfsiri nədir?
“(İnsanın torpaqdan yaranışı, bitkilərin torpaqdan cücərməsi göstərir ki,) həqiqətən, Qiyamət gələsidir və bunda şübhə yoxdur. Allah qəbirdə uyuyan bütün insanları dirildəcək.”Bildirişlərİnsan və bitki aləminin yaranışı Allahın haqlılıq nişanəsidir.Allah heç vaxt yaranışı ölümlə başa çatdırmaz. Çünki haqq olan varlığın mənasız, batil iş görməsi mümkünsüzdür. O öz yaratdıqlarını son məqsədə çatdırmalıdır və ölümdən sonra növbəti mərhələnin mövcudluğu labüddür.Bir dəfə yaradan ikinci dəfə də yarad...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.