NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 70
"Bilmirsənmi ki, Allah yerdə və göydə olanları bilir? Bütün bunlar Kitabdadır və bu, Allah üçün asandır.”
Bildirişlər
1. Allah bütün varlıq aləmindən tam xəbərdardır.
2. Allahın elmi bir kitabda vardır. (Və ya sizin gördüyünüz işlər (əvvəlki iki ayədə qeyd olunanlar) kitabda təsbit olunmuşdur.)
3. Allah üçün bütün işlərdən xəbərdar olmaq və onları kitabda qeydə götürmək asandır.