Əl-Həcc ‏ surəsi · 72-ci ayə

Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr etmiş kəslərə vəd etdiyi oddur və (o,) pis sonluqdur.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Aşkar ayələrimiz onlara oxunan vaxt küfrə uğrayanların çöhrəsində qəzəb görərsən. Onlar az qalır ayələrimizi oxuyanlara hücum edələr. De ki, sizə bundan da pisini xəbər verimmi? Bir od ki, Allah kafirlərə vəd etmişdir və necə də pis aqibətdir.”

Nöqtələr
"Yəstunə” sözü hücum mənasını bildirir.
Küfrlə imanın mübarizəsində kafirlər mənəvi mərkəzləri və şəxsiyyətləri hədəfə alırlar. Onlar bəzən ibadət mərkəzlərinə də hücum çəkir. 

Bildirişlər
1. Kafirlər daim inkar mövqeyindədirlər.
2. Allah kafirlərə höccəti tamamlayır, yetərli dəlillər gətirib bəhanələri kəsir.
3. Höccət və dəlillər aydın olmalıdır.
4. Kafirlərin kin-küdurəti gizli qalmaz.
5. Qəlbin inkarı cismə təsir göstərir.
6. Əlində dəlil olmayan fərd zora əl atır. Zor, məntiqdə acizlik nişanəsi sayılır.
7. Din təbliğatçıları və ardıcılları özlərini müxaliflərdən müdafiəyə hazırlasınlar.
8. Dinin aşkar təbliğatı kafirlərin canı üçün bir oddur.
9. İnadkar insanlara xəbərdarlıq edərkən cəhənnəmi xatırladın.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 72-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 72-ci ayəsi nə haqqındadır?
Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr et...
Əl-Həcc ‏ surəsi 72-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 72-ci ayənin təfsiri nədir?
"Aşkar ayələrimiz onlara oxunan vaxt küfrə uğrayanların çöhrəsində qəzəb görərsən. Onlar az qalır ayələrimizi oxuyanlara hücum edələr. De ki, sizə bundan da pisini xəbər verimmi? Bir od ki, Allah kafirlərə vəd etmişdir və necə də pis aqibətdir.”Nöqtələr"Yəstunə” sözü hücum mənasını bildirir.Küfrlə imanın mübarizəsində kafirlər mənəvi mərkəzləri və şəxsiyyətləri hədəfə alırlar. Onlar bəzən ibadət mərkəzlərinə də hücum çəkir. Bildirişlər1. Kafirlər daim inkar mövqeyindədirlər.2. Allah kafirlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.