Əl-Həcc ‏ surəsi · 76-cı ayə

Onların (mələk və insanlardan olan elçilərin) önlərində və arxalarında olanı bilir (və onları səhvdən, unutqanlıqdan və şeytanın müdaxiləsindən qoruyur). (Yaradılış və şəriətin) bütün işlər(i) Allaha tərəf qaytarılır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"(Allah) onları öndə gözləyəni və başlarına gələnləri bilir. Bütün işlər Allaha doğru qayıdasıdır.”

Nöqtələr
"Səfvət” sözündən olan "istəfa” sözü xalis mənasını bildirir. Xalislərdən seçim göstərir ki, insanlar və mələklər arasında ləyaqətliləri, xalisləri vardır.
Əbuzər həzrət Peyğəmbərdən (s) nəql edir ki, peyğəmbərlərin ümumi sayı 124000 nəfər olmuşdur. Onlardan 313 nəfəri rəsuldur. 
Allahın mələkləri eyni deyil. Onların məqam və məsuliyyətləri fərqlənir. Cəbrail, Mikail, Əzrail kimi bəzi mələklərin daha üstün məqamı var.

Bildirişlər
1. Peyğəmbər seçimi yaradan və hər şeydən xəbərdar olan Allahın haqqıdır.
2. Hər kəsdə elçilik ləyaqəti və istedadı olmur.
3. Aləm Allahın hüzurudur.
4. Əgər Allah hər şeydən xəbərdardırsa və hər birimiz Ona doğru qayıdacağıqsa günaha yol verməyək.
5. Allah varlıq aləmini elə yaradıb ki, hər şey Ona doğru qayıdışdadır.
6. Allaha doğru hərəkət mövcudların istəyindən asılı deyil.
7. Varlıq karvanı müəyyən bir hədəfə doğru hərəkətdədir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 76-cı ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 76-cı ayəsi nə haqqındadır?
Onların (mələk və insanlardan olan elçilərin) önlərində və arxalarında olanı bilir (və onları səhvdən, unutqanlıqdan və şeytanın müdaxiləsindən qoruyur). (Yaradılış və şəriətin) bütün işlər(i) Allaha tərəf qaytarılır.
Əl-Həcc ‏ surəsi 76-cı ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 76-cı ayənin təfsiri nədir?
"(Allah) onları öndə gözləyəni və başlarına gələnləri bilir. Bütün işlər Allaha doğru qayıdasıdır.”Nöqtələr"Səfvət” sözündən olan "istəfa” sözü xalis mənasını bildirir. Xalislərdən seçim göstərir ki, insanlar və mələklər arasında ləyaqətliləri, xalisləri vardır.Əbuzər həzrət Peyğəmbərdən (s) nəql edir ki, peyğəmbərlərin ümumi sayı 124000 nəfər olmuşdur. Onlardan 313 nəfəri rəsuldur. Allahın mələkləri eyni deyil. Onların məqam və məsuliyyətləri fərqlənir. Cəbrail, Mikail, Əzrail kimi bəzi mə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.