Əl-Hicr surəsi · 18-ci ayə

Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ 15.12.2025

"Yalnız oğurluq qulaq asan istisnadır ki, onu da aşkar bir şəhab (ulduz) təqib edər.”

Nöqtələr
"İstiraq” sözü "oğurluq” mənasını bildirir. "İstərəqəs səmə” dedikdə söz oğurluğu nəzərdə tutulur.
"Təfsiri-fi zilal” və "Təfsiri-Məraği” mənbələrində oxuyuruq: Biz şeytanın necə söz oğurladığının mahiyyətini bilmirik.” Amma Fəxr-Razi və Alusi öz təfsirlərində belə deyirlər: "Asiman dedikdə gördüyümüz səma, şəhab dedikdə səmada sürətlə hərəkət edən daşlar nəzərdə tutulur. Bəziləri isə səma dedikdə şeytanın üzünə bağlı olan ilahi ərş aləminin nəzərdə tutulduğunu bildirirlər. Ayədən belə bir məna da anlaşıla bilər: mənəviyyat səmasında parlaq çöhrələr, nümunələr və rəhbərlər qərar tutur. Həqiqətlər şeytanın vəsvəsələrindən hifz olunur. Əgər bir şeytansifət vəsvəsə etsə, möhkəm dəlil və məntiqlə ona hücum olunar, onların bidət və vəsvəsələri zikr əhlinin elm və dəlil şəhabları ilə məhv olunar.
Bildirişlər
1. Zinətli səmalar qorunmalıdır. Onları hifz etmək isə yalnız Allahın işidir.
2. Səmalar tədbir tökən mələklərin mərkəzidir. Tədbir mərkəzi hifz olunmalıdır.
3. Şeytan təkcə İblis deyil.
4. Şeytan özbaşına uzaqlaşıb getmir. Onu rədd etmək lazımdır.
5. Gizli dinləmə və söz oğurluğu şeytan işidir.
6. Casusla sərt rəftar olunmalıdır.
7. Harada şeytansifətlər meydana çıxsa, cəmiyyətin ziyalıları elm şəhabı ilə onları təqib etməlidirlər.
8. Vəsvəsə və şeytənətlərə aşkar və dərhal cavab verilməlidir. ("Saffat” surəsinin 8-ci ayəsində bildirilir ki, şeytan hərtərəfli rədd edilməlidir. Yoxsa şəklini dəyişib başqa bir yolla üzə çıxar.)

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 18-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 18-ci ayəsi nə haqqındadır?
Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.
Əl-Hicr surəsi 18-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 18-ci ayənin təfsiri nədir?
"Yalnız oğurluq qulaq asan istisnadır ki, onu da aşkar bir şəhab (ulduz) təqib edər.”Nöqtələr"İstiraq” sözü "oğurluq” mənasını bildirir. "İstərəqəs səmə” dedikdə söz oğurluğu nəzərdə tutulur."Təfsiri-fi zilal” və "Təfsiri-Məraği” mənbələrində oxuyuruq: Biz şeytanın necə söz oğurladığının mahiyyətini bilmirik.” Amma Fəxr-Razi və Alusi öz təfsirlərində belə deyirlər: "Asiman dedikdə gördüyümüz səma, şəhab dedikdə səmada sürətlə hərəkət edən daşlar nəzərdə tutulur. Bəziləri isə səma dedikdə şeytanı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.