Əl-Hicr surəsi · 22-ci ayə

Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ 15.12.2025

"Küləkləri (buludları və bitkiləri) bara gətirmək üçün göndərdik. Səmadan su nazil etdik. Beləcə, yağışın xəzinədarı olmadığınız və onu ehtiyat üçün saxlaya bilmədiyiniz halda sizi onunla sirab etdik.”

Nöqtələr
"Ləvaqih” sözü buludların bara gətirilməsi mənasını bildirir. Müsbət və mənfi yüklü buludların birləşməsi yolu ilə buludlar, toxumların ötürülməsi yolu ilə bitkilər bara gəlir.
"Zariyat” surəsinin 41-ci ayəsində oxuyuruq ki, bulud bəzən bəhrəli, bəzən bəhrəsiz olur. "Nur” surəsinin 43-cü ayəsində bildirilir: "Görmürsənmi, Allah pərakəndə buludları sövq edir, sonra bir-birinə birləşdirir, sonra yenidən parçalayır. Görmürsənmi, onların arasından yağış gəlir?”
İnsan suyu nə buludlarda saxlaya bilər, nə də yağış yağdıqdan sonra hövzələrdəki buxarlanmanın qarşısını alar.
Bildirişlər
1. Varlıq aləmini idarə edən Odur.
2. İnsan ən zəruri ehtiyaclarını toplayıb saxlamaqda acizdir.
3. Su neməti sirab olmaq nemətindən fərqlidir.
(İnsanın su içdikdən sonra susuzluğunun yatması sudan əlavə bir nemətdir. Bəzən insan su içsə də, onun susuzluğu yatmır.)

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 22-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 22-ci ayəsi nə haqqındadır?
Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.
Əl-Hicr surəsi 22-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 22-ci ayənin təfsiri nədir?
"Küləkləri (buludları və bitkiləri) bara gətirmək üçün göndərdik. Səmadan su nazil etdik. Beləcə, yağışın xəzinədarı olmadığınız və onu ehtiyat üçün saxlaya bilmədiyiniz halda sizi onunla sirab etdik.”Nöqtələr"Ləvaqih” sözü buludların bara gətirilməsi mənasını bildirir. Müsbət və mənfi yüklü buludların birləşməsi yolu ilə buludlar, toxumların ötürülməsi yolu ilə bitkilər bara gəlir."Zariyat” surəsinin 41-ci ayəsində oxuyuruq ki, bulud bəzən bəhrəli, bəzən bəhrəsiz olur. "Nur” surəsinin 43-cü ayə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.