Əl-Hicr surəsi · 27-ci ayə

Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ 15.12.2025

"İnsandan öncə yandırıcı və öldürücü oddan cini yaratdıq.”

Nöqtələr
Quru, bişməmiş gil "səlsal” adlanır. Belə bir gili üfürdükdə ondan fit səsi gəlir. «Həmə» dedikdə qara gil, "məsnun” dedikdə dəyişmiş mənaları anlaşılır. İnsan orqanizminə zəhər kimi təsir göstərən isti külək "səmum” adlanır.
Bu ayə ya ilk insanın, yəni həzrət Adəmin yaranışına işarədir , ya da insanın torpaqdan keçən təkamül yolunu göstərir. "Kəhf” surəsinin 37-ci ayəsində oxuyuruq ki, insan torpaq, nütfə, insan mərhələlərini keçmişdir.
Quran leksikonunda cin Allah tərəfindən xitab olunan vəzifəli bir mövcuddur. Bu mövcud Quranı anlayır. "Cin” surəsinin ilk ayəsində oxuyuruq: "Cinlərdən bir qrupu Quranı dinlədilər.” Cinlərin də insan kimi şəhvəti var. Quranda bakirə behişt qadınları haqqında danışılarkən buyurulur ki, onlara nə insan, nə də cin toxunub. Bu ayəyə əsasən, cin insandan əvvəl xəlq olunub. Çünki İblis cin tayfasındandır. O da sair kafirlər kimi cəhənnəmə gedər.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 27-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 27-ci ayəsi nə haqqındadır?
Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.
Əl-Hicr surəsi 27-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 27-ci ayənin təfsiri nədir?
"İnsandan öncə yandırıcı və öldürücü oddan cini yaratdıq.”NöqtələrQuru, bişməmiş gil "səlsal” adlanır. Belə bir gili üfürdükdə ondan fit səsi gəlir. «Həmə» dedikdə qara gil, "məsnun” dedikdə dəyişmiş mənaları anlaşılır. İnsan orqanizminə zəhər kimi təsir göstərən isti külək "səmum” adlanır.Bu ayə ya ilk insanın, yəni həzrət Adəmin yaranışına işarədir , ya da insanın torpaqdan keçən təkamül yolunu göstərir. "Kəhf” surəsinin 37-ci ayəsində oxuyuruq ki, insan torpaq, nütfə, insan mərhələlərini keçm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.