Əl-Hicr surəsi · 34-cü ayə

Allah buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"(Allah) buyurdu: "Elə isə, mələklər cərgəsindən xaric ol. Həqiqətən, sən qovulmuş və rədd olunmuşsan. Şübhəsiz, qiyamət gününədək sənə lənət olacaq.”

Bildirişlər
1. Mühakimə apararkən təkcə öz elminizə istinad etməyin. Günahkarı danışdırın, sual-cavabla onun günahının kökünü, günahkarın ruhiyyəsini aydınlaşdırın. Günahkar öz günahını etiraf etməlidir.
2. Əgər bir insanda təkəbbür ruhiyyəsi yaransa, mühit və digər amillər onun hidayətinə kömək etməz. (İblis mələklər arasında idi və ilahi bir fəzada qərar tutmuşdu. Amma inadkarlıq və təkəbbür səbəbindən rədd olundu.)
3. İrqi ayrıseçkilik İblisə aid düşüncədir.
4. Səcdə etməməkdən də pisi ilahi əmr qarşısında qürur və təkəbbürdür.
5. Günahdan da pisi günaha don geyindirməkdir. (Şeytan öz günahına don geyindirir.)
6. Qürur və təkəbbür qədəm qoyan yerdə ilahi nur və ruhdan əsər qalmaz. Şeytan insanın torpaq heykəlini görmüşdü. Halbuki Allah ilahi ruhu səbəbindən insana səcdə əmri vermişdi.
7. Allahın göstərişləri məcburiyyətə səbəb ola bilməz.
8. Təkəbbür nəinki insanı ucaltmır, əksinə, təkəbbürlü insan alçalır. Təkəbbür səbəbindən insanın öncəki ibadətləri puça çıxır.
9. Allahın aydın əmr və göstərişləri qarşısında araşdırma aparmaq və mövqe bildirmək caiz deyil. "Onun önündə səcdəyə düşün” əmri qarşısında "Onu quru, qara və qoxumuş gildən yaratmısan” etirazı yersizdir.
10. Bir anlıq itaətsizlik və təkəbbür əbədi ixraca səbəb oldu.
11. Təkəbbürlü insan daim Allahın lənətinə düçardır.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 34-cü ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 34-cü ayəsi nə haqqındadır?
Allah buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».
Əl-Hicr surəsi 34-cü ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 34-cü ayənin təfsiri nədir?
"(Allah) buyurdu: "Elə isə, mələklər cərgəsindən xaric ol. Həqiqətən, sən qovulmuş və rədd olunmuşsan. Şübhəsiz, qiyamət gününədək sənə lənət olacaq.”Bildirişlər1. Mühakimə apararkən təkcə öz elminizə istinad etməyin. Günahkarı danışdırın, sual-cavabla onun günahının kökünü, günahkarın ruhiyyəsini aydınlaşdırın. Günahkar öz günahını etiraf etməlidir.2. Əgər bir insanda təkəbbür ruhiyyəsi yaransa, mühit və digər amillər onun hidayətinə kömək etməz. (İblis mələklər arasında idi və ilahi bir fəzada...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.