Əl-Hicr surəsi · 79-cu ayə

Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Belə ki, onlardan intiqam aldıq. Həqiqətən, (viran olmuş) bu iki məntəqə gözləriniz qarşısında aşkardır.”

Nöqtələr
"Əykə” dedikdə meşə, sıx ağaclıq nəzərdə tutulur. Əykə əshabı isə həzrət Şüeybin qövmüdür. Bu iki qövm Hicaz və Şam arasında saf suyu və havası, sıx ağacları olan bir məntəqədə yaşayırdı.
Bir rəvayətdə həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Mədyən əshabı və Əykə əshabı iki ümmət idi. Şüeyb hər iki əshabın peyğəmbəri idi. Bu ümmətlərin hər ikisi küfr etdi. Amma müxtəlif əzaba düçar oldular.
Bizim Allahdan tələbimiz yoxdur və Onun verdikləri haqq yox, bəxşişdir. İlahi cəza isə belə deyil. Allahın qəhr-qəzəbini gətirən öz günahlarımız olduğundan haqqımız olan cəzadan danışılarkən "intiqam” sözündən istifadə olunur.
Bildirişlər
1. Sitəmkarlar bilsinlər ki, onların zülm-sitəmindən tarix boyu başqalarına danışılasıdır.
2. Yol çəkərkən çalışaq ki, tarixi hadisələrdən danışan yerlər müsafirlərin gözləri qarşısında olsun.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 79-cu ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 79-cu ayəsi nə haqqındadır?
Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
Əl-Hicr surəsi 79-cu ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 79-cu ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 79-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 79-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 79-cu ayənin təfsiri nədir?
"Belə ki, onlardan intiqam aldıq. Həqiqətən, (viran olmuş) bu iki məntəqə gözləriniz qarşısında aşkardır.”Nöqtələr"Əykə” dedikdə meşə, sıx ağaclıq nəzərdə tutulur. Əykə əshabı isə həzrət Şüeybin qövmüdür. Bu iki qövm Hicaz və Şam arasında saf suyu və havası, sıx ağacları olan bir məntəqədə yaşayırdı.Bir rəvayətdə həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Mədyən əshabı və Əykə əshabı iki ümmət idi. Şüeyb hər iki əshabın peyğəmbəri idi. Bu ümmətlərin hər ikisi küfr etdi. Amma müxtəlif əzaba düçar ol...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.