Əl-Hicr surəsi · 8-ci ayə

Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ 15.12.2025

"Biz mələkləri yalnız haqq olaraq göndəririk və o halda artıq kafirlərə möhlət verilməz. (Allahın qəzəbi onları dərhal yaxalayar.)”

Nöqtələr
Quran ayələrindən məlum olur ki, Peyğəmbərdən möcüzə göründüyü vaxt xalq etinasızlıq göstərsə, ya dərhal ilahi qəzəb nazil olar, ya da bu qəzəb bir müddət təxirə salınar. Amma bu möcüzəni xalq tələb etmiş olsa, möcüzədən sonra təslim olmayan həmin xalq dərhal ilahi qəzəbə düçar olar və onlara heç bir möhlət verilməz. Bu sayaq möcüzəyə nümunə olaraq xalqın tələbi ilə Salehin dağdan dəvə çıxarmasını, həzrət İsadan «Səma süfrəsi» istəyini göstərmək olar.
Ötən ayədə kafirlər möhtərəm Peyğəmbərdən (s) mələk istədilər. Bu ayə cavab verir ki, mələk layiqli insanlara nazil olur və ləyaqətsiz insanlara mələk nazil olması batildir.
Bildirişlər
1. Mələk onun-bunun həvəsi əsasında nazil olmur. Mələklər yalnız haqq əsasında göndərilirlər.
2. Möhlət verilməsində də qanunauyğunluq var. Əgər xalq öz dili ilə möcüzə istəyib, möcüzədən sonra tabe olmursa, heç bir möhlətdən söhbət gedə bilməz.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 8-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 8-ci ayəsi nə haqqındadır?
Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
Əl-Hicr surəsi 8-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 8-ci ayənin təfsiri nədir?
"Biz mələkləri yalnız haqq olaraq göndəririk və o halda artıq kafirlərə möhlət verilməz. (Allahın qəzəbi onları dərhal yaxalayar.)”NöqtələrQuran ayələrindən məlum olur ki, Peyğəmbərdən möcüzə göründüyü vaxt xalq etinasızlıq göstərsə, ya dərhal ilahi qəzəb nazil olar, ya da bu qəzəb bir müddət təxirə salınar. Amma bu möcüzəni xalq tələb etmiş olsa, möcüzədən sonra təslim olmayan həmin xalq dərhal ilahi qəzəbə düçar olar və onlara heç bir möhlət verilməz. Bu sayaq möcüzəyə nümunə olaraq xalqın təl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.