Əl-Hicr surəsi · 87-ci ayə

Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Həqiqətən, Biz sənə təkrarlanan yeddi ayəni ("Həmd” surəsini) və böyük Quranı verdik.”

Nöqtələr
Şiə və sünni rəvayətlərində bildirilir ki, "Səbən minəl-məsani” ifadəsi "Həmd” surəsinə işarədir. Çünki bu surə hər namazda iki dəfə oxunur. Rəvayətlərdə Allah-təalanın belə buyurduğu nəql olunur: "Mən "Həmd” surəsini Özümlə bəndəm arasında iki hissəyə böldüm. Onun yarısı Mənə, yarısı bəndəmə aiddir.("Bismillahdan” "Maliki yəvmid-din”ə qədər Allaha, "İyyakə nəbudu” cümləsindən sonadək bəndəyə aiddir.) Bəziləri "məsani” sözünün Qurana işarə olduğunu bildirir. "Səbən minəl-məsani” dedikdə Quranın yeddi ayəsi nəzərdə tutulur. Bu isə "Həmd” surəsidir. Dəlil olaraq "Zumər” surəsinin 23-cü ayəsi göstərilir. Yəni Allah ən üstün hədisi nazil etdi. Elə bir kitab ki, ayələri mütəşabeh, həmahəng və təkrarlanandır.
Möhtərəm Peyğəmbər (s) buyurur: "Allahın Quran əta etdiyi kəs başqasına daha üstün şey verildiyini təsəvvür etsə, Quranı kiçik saymışdır və əslində kiçik olan qeyri-Quranı böyük qəbul etmişdir.”
Bildirişlər
1. Qanun vermək Yaradanın haqqıdır. Qanun yaranış nizamına uyğun gəlməlidir.
2. Tərbiyəvi məsələlərdə təkrar mühümdür. (Ayələrin, sözlərin, dastanların, ilahi sifətlərin, əzab və məad ayələrinin, ümmətlərin taleyinin, ilahi lütflərin, ilahi göstərişlərin, Quran tilavətinin təkrarı.)
3. "Həmd” surəsi yeddi ayədən ibarət olsa da Quran çəkisindədir.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 87-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 87-ci ayəsi nə haqqındadır?
Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik.
Əl-Hicr surəsi 87-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 87-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Biz sənə təkrarlanan yeddi ayəni ("Həmd” surəsini) və böyük Quranı verdik.”NöqtələrŞiə və sünni rəvayətlərində bildirilir ki, "Səbən minəl-məsani” ifadəsi "Həmd” surəsinə işarədir. Çünki bu surə hər namazda iki dəfə oxunur. Rəvayətlərdə Allah-təalanın belə buyurduğu nəql olunur: "Mən "Həmd” surəsini Özümlə bəndəm arasında iki hissəyə böldüm. Onun yarısı Mənə, yarısı bəndəmə aiddir.("Bismillahdan” "Maliki yəvmid-din”ə qədər Allaha, "İyyakə nəbudu” cümləsindən sonadək bəndəyə aiddir.) ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.