Əl-Hicr surəsi · 99-cu ayə

Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 99
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Yəqinə (ölümə) çatanadək Rəbbinə pərəstiş et.”
Nöqtələr
Təfsirçilərin nəzərincə bu ayədəki "yəqin” sözü ölüm, yəni bəşər üçün ən yəqin iş kimi dəyərləndirilməlidir. "Müddəssir” surəsinin 46-cı ayəsində kafirlərin dilindən deyilir: "Biz məadı ölüm anınadək təkzib edirdik.” Əslində "yəqin” "ölüm” mənasını bildirmir. Amma ölüm insanın yəqinliyə çatması üçün zəminədir. Çünki ölüm zamanı bütün pərdələr kənara çəkilir və insan gerçəkliyə əmin olur.
Bəzi çaşqınlar bu ayəni əsas götürərək deyirlər ki, yəqinə çatdıqdan sonra ibadətə ehtiyac yoxdur! Onlar unudurlar ki, bu ayədə İslam Peyğəmbərinə (s) xitab olunur. Belə ki, Peyğəmbər (s) ilk gündən yəqinə çatmışdı. O, kafirlərin hədələrinə belə cavab verdi: "Əgər ayı bir, günəşi o biri əlimə versəniz, yenə də öz vəzifəmdən əl çəkmərəm.” Amma həzrət belə bir yəqinliklə ömrünün son günlərinədək ibadət etdi.
Bildirişlər
1. Əgər bilsək ki, Allah bütün əziyyətlərimizi görür, müşküllərə asanlıqla dözərik.
2. Bütün insanların, hətta peyğəmbərlərin tutumu məhduddur.
3. Bəzən inadkarlıq qəlbigeniş insanları belə sıxıntıya salır.
4. Döyüşlərdə Peyğəmbərin (s) qəlbi sıxılmadı. Amma düşmənin sözləri ona əziyyət verirdi.
5. Ruhi sıxıntının əlacı namaz, səcdə, Allaha həmd-sənadır.
(İbn Abbas deyir: "Peyğəmbər (s) qəmləndiyi vaxt namaz qılardı.)
6. İbadətdən də mühümü onun davamlı olmasıdır.
7. Haqqa bəndəliyin davamlılığı yəqin yaranmasına səbəb olur.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 99-cu ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 99-cu ayəsi nə haqqındadır?
Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!
Əl-Hicr surəsi 99-cu ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 99-cu ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 99-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 99-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 99-cu ayənin təfsiri nədir?
"Yəqinə (ölümə) çatanadək Rəbbinə pərəstiş et.”NöqtələrTəfsirçilərin nəzərincə bu ayədəki "yəqin” sözü ölüm, yəni bəşər üçün ən yəqin iş kimi dəyərləndirilməlidir. "Müddəssir” surəsinin 46-cı ayəsində kafirlərin dilindən deyilir: "Biz məadı ölüm anınadək təkzib edirdik.” Əslində "yəqin” "ölüm” mənasını bildirmir. Amma ölüm insanın yəqinliyə çatması üçün zəminədir. Çünki ölüm zamanı bütün pərdələr kənara çəkilir və insan gerçəkliyə əmin olur.Bəzi çaşqınlar bu ayəni əsas götürərək deyirlər ki, yəq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.