Hud surəsi · 103-cü ayə

Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O, bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Əlbəttə ki, bunda (xəbərdarlıqlarda) axirət əzabından qorxan kəs üçün
nişanə (ibrət) var. O gün ki, xalq bir yerə toplanar, o gün ki, (hamı onu)
müşahidə edər və hamı üçün aşkar olar (bütün əməlləri və ruhiyyəsi ortaya
qoyular).”



Bildirişlər
1. Hər hansı əhvalat hansısa məqsədlə bəyan olunmalıdır.
2 Yalnız axirətə inananlar həqiqi Qur`an əhvalatlarından ibrət götürürlər.
3. Qiyamət qorxusu (hətta ehtimala əsaslansa da) ibrət səbəbidir.
4. Qiyamətdə xalqın toplanması və iştirakı ixtiyar üzündən yox, məcburidir.
5. Qiyamət günü şahidlik günüdür. Hər bir kəs və hər bir şey bir başqasının
xeyrinə və ya zərərinə şəhadət verər. Həmin gün pərdələr qaldırılar.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 103-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 103-cü ayəsi nə haqqındadır?
Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O, bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olan...
Hud surəsi 103-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 103-cü ayənin təfsiri nədir?
“Əlbəttə ki, bunda (xəbərdarlıqlarda) axirət əzabından qorxan kəs üçünnişanə (ibrət) var. O gün ki, xalq bir yerə toplanar, o gün ki, (hamı onu)müşahidə edər və hamı üçün aşkar olar (bütün əməlləri və ruhiyyəsi ortayaqoyular).” Bildirişlər1. Hər hansı əhvalat hansısa məqsədlə bəyan olunmalıdır.2 Yalnız axirətə inananlar həqiqi Qur`an əhvalatlarından ibrət götürürlər.3. Qiyamət qorxusu (hətta ehtimala əsaslansa da) ibrət səbəbidir.4. Qiyamətdə xalqın toplanması və iştirakı ixtiyar üzündən yox, mə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.