Hud surəsi · 107-ci ayə

Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Nə qədər ki, göylər və yer var, onda (odda) əbədidirlər. Rəbbinin istəyi
istisnadır. Həqiqətən, Rəbbin istədiyini edər.”


Nöqtələr
◘“Zəfir” dedikdə nəfəsin çölə çıxması ilə müşayiət olunan fəryad nəzərdə
tutulur. “Şəhiq” isə elə uzun nalədir ki, nəfəs həm də içəri alınır. Bə`ziləri ulağın
səsinin əvvəlinin “zəfir”, sonunun “şəhiq” adlandırıldığını bildirirlər.
◘Cəhənnəmə gedənlərin bir dəstəsi orada qısa bir müddət, digər bir dəstəsi
uzun bir müddət, üçüncü bir dəstə isə əbədilik qalır.
◘Əgər “xülud” sözü “əbədi” sözü ilə yanaşı işlənsə (“xalidinə fiha əbəda”)
əbədilik mə`nasını bildirir. Qur`an “nə qədər ki, göylər və yer var” tə`birini işlətsə
də, söhbət əbədilikdən gedir. Çünki ərəb dilində “nə qədər ki, göylər və yer var”
tə`biri əbədiliyə işarədir.
Bildirişlər
1. İnsan yanlış seçimi ilə öz bədbəxtliyinə səbəb olur.
2. Allah cəhənnəm əhlini istədiyi vaxt azad edə bilər. (Günahı az olanlar,
bağışlananlar bir müddət sonra cəhənnəmdən qurtula bilərlər.)

 

Tez-tez Verilən Suallar

Hud surəsi 107-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 107-ci ayəsi nə haqqındadır?
Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.
Hud surəsi 107-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 107-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 107-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 107-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 107-ci ayənin təfsiri nədir?
“Nə qədər ki, göylər və yer var, onda (odda) əbədidirlər. Rəbbinin istəyiistisnadır. Həqiqətən, Rəbbin istədiyini edər.” Nöqtələr◘“Zəfir” dedikdə nəfəsin çölə çıxması ilə müşayiət olunan fəryad nəzərdətutulur. “Şəhiq” isə elə uzun nalədir ki, nəfəs həm də içəri alınır. Bə`ziləri ulağınsəsinin əvvəlinin “zəfir”, sonunun “şəhiq” adlandırıldığını bildirirlər.◘Cəhənnəmə gedənlərin bir dəstəsi orada qısa bir müddət, digər bir dəstəsiuzun bir müddət, üçüncü bir dəstə isə əbədilik qalır.◘Əgər “xülud” s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.