Hud surəsi · 11-cü ayə

Səbr edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yalnız səbir və saleh əməl sahibləri istisnadır (məhrumluqdan məyus olmur, nemət əldə edəndə qürrələnmirlər). Onlar üçün bağışlanma və böyük mükafat olacaq.”
Nöqtələr
Quranın saleh əməllə bağlı bütün söhbətləri imanla şərtlənir. Bu ayədə də səbir əhlinin həqiqi möminlərdən olduğu bildirilir. Tutumsuz müsahibləri nəzərə alaraq möminlər əvəzində səbirlər təbiri işlədilmişdir.
Səbir təkcə acı hadisələrə yox, rifah və şadlıq dönəminə də aiddir. Rifah içində yaşayan insan səbir etməsə, həddini aşar. Necə ki, Bəni-İsrail Fironun əlindən qurtulduqdan sonra tüğyan etdi.  Onlar Allahı yaddan çıxarıb buzovpərəstlik ardınca getdilər, Harunun dəvətlərinə onu hədələməklə cavab verdilər. 
Bildirişlər
1. Acı hadisələr və şirin dönəmlər zamanı səbir etmək saleh əməlin ən üstün nümunələrindəndir.
2. Mömin nə məyus olur, nə də küfr edir. O, şükür edən və səbirlidir.
3. Saleh əməl səbri möhkəmləndirir.
4. Səbir və dözüm günahların bağışlanma vasitəsidir.
5. Qarşıda bizi nə gözlədiyini bilsək, səbir etmək şirin olar.
6. Təhlükənin dəf olunması bağışlanmaya çatmaqdan mühümdür.

Tez-tez Verilən Suallar

Hud surəsi 11-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 11-cü ayəsi nə haqqındadır?
Səbr edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür.
Hud surəsi 11-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 11-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 11-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 11-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 11-cü ayənin təfsiri nədir?
"Yalnız səbir və saleh əməl sahibləri istisnadır (məhrumluqdan məyus olmur, nemət əldə edəndə qürrələnmirlər). Onlar üçün bağışlanma və böyük mükafat olacaq.” Nöqtələr Quranın saleh əməllə bağlı bütün söhbətləri imanla şərtlənir. Bu ayədə də səbir əhlinin həqiqi möminlərdən olduğu bildirilir. Tutumsuz müsahibləri nəzərə alaraq möminlər əvəzində səbirlər təbiri işlədilmişdir. Səbir təkcə acı hadisələrə yox, rifah və şadlıq dönəminə də aiddir. Rifah içində yaşayan insan səbir etməsə, həddini aşar....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.