Hud surəsi · 113-cü ayə

Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Zülmkarlara meyl etməyin, onlara sığınmayın. (Əzab alovu) sizi də
bürüyər və bu halda sizin üçün Allah qarşısında heç bir yardımçı tapılmaz.
(Heç bir tərəfdən) yardım almazsınız.”

Nöqtələr
◘Rəvayətlərdə bildirilir ki, zalıma məhəbbət və itaət ona sığınmaq
nümunələrindən sayılır. Rəvayətdə oxuyuruq: “Zülmkar şəxs qohumun və ya
dostun olsa da, ona ümid bağlama.”
“Kafi” kitabında nəql olunur ki, əgər
zülmkar bir şey bağışlamaq üçün əlini cibinə salacağı qədər yaşamasına razı
olsan, zalıma sığınmısan və bil ki, Allah bu işi qadağan etmişdir.

◘Əmr sahibinə itaət vacib, zalıma sığınmaq haramdırsa, demək, əmr sahibi
(rəhbər) zalım ola bilməz. Günah zülm nümunəsi sayıldığından əmr sahibi hətta
mə`sum olmalıdır.
Zalıma sığınmaq odla nəticələnir. Görün zalımın öz vəziyyəti necə olacaq!
Bildirişlər
1. Daxili və xarici zülmkara istənilən cür meyl və e`timad qadağandır.
(Həmkarlar itaət və rəhbərliyə layiq deyil.)
2. Zülmkara sığınmaq kəbirə (böyük) günahdır. (Qur`anda od və`d olunmuş hər
bir günah kəbirə günahdır)
3. Zalıma sığınmaq əvəzinə Allaha təvəkkül edək.
4. Sitəmkara sığınmağın nəticəsi qürbət və tənhalıqdır.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 113-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 113-cü ayəsi nə haqqındadır?
Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz.
Hud surəsi 113-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 113-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 113-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 113-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 113-cü ayənin təfsiri nədir?
“Zülmkarlara meyl etməyin, onlara sığınmayın. (Əzab alovu) sizi dəbürüyər və bu halda sizin üçün Allah qarşısında heç bir yardımçı tapılmaz.(Heç bir tərəfdən) yardım almazsınız.” Nöqtələr◘Rəvayətlərdə bildirilir ki, zalıma məhəbbət və itaət ona sığınmaqnümunələrindən sayılır. Rəvayətdə oxuyuruq: “Zülmkar şəxs qohumun və yadostun olsa da, ona ümid bağlama.”“Kafi” kitabında nəql olunur ki, əgərzülmkar bir şey bağışlamaq üçün əlini cibinə salacağı qədər yaşamasına razıolsan, zalıma sığınmısan və bi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.