Hud surəsi · 119-cu ayə

Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 119
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Rəbbinin mərhəmət etdiyi kəslər (ixtilafa münasibətdə) istisnadır. (Allah)
bunun üçün (rəhmət üçün) xalqı yaratdı. Rəbbindən fərman gəldi ki,
cəhənnəmi cin və insanla dolduracağam.”


Nöqtələr
◘Bə`ziləri deyirlər: Ayədə bildirilir ki, xalq daim ixtilafdadır. Yalnız Allahın
lütf və rəhmət kölgəsində olanlar ixtilafdan uzaqdır. Allah insanları həmin vəhdət
kəlməsi üçün yaratmışdır.

◘İnsanın yaranış fəlsəfəsi Qur`an ayələrində müxtəlif şəkillərdə bəyan
olunmuşdur. “Zariyat” surəsinin 56-cı ayəsində oxuyuruq: “Biz cin və insanı
yalnız ibadətdən ötrü yaratdıq.” “Mulk”, surəsinin 2-ci ayəsində isə belə
buyurulur: “Allah ölüm və həyatı sizi sınağa çəkmək üçün yaratdı.” Haqqında
danışdığımız ayədə isə insanın rəhmətə qovuşmaq üçün yaradıldığı bildirilir.
Zahirdə belə görünür ki, insan üç məqsədlə yaradılmışdır: ibadət, sınaq və rəhmət.
Amma məsələyə bir qədər dərindən nəzər saldıqda görürük ki, hər üç səbəbin
müştərək nöqtələri var və bu müştərək nöqtə insan ruhunun, mə`nəviyyatının
təkamülüdür.
◘Ötən ayədə bildirildi ki, insan azaddır. Bu ayənin sonunda isə cəhənnəmin
mütləq insan və cinlə doldurulacağı bəyan olunur. Bu iki ayədən belə anlaşılır ki,
insan yol seçimində azad olsa da, batili qəbul etdikdə cəhənnəmə düşür.
◘Çoxsaylı rəvayətlərdə bildirilir ki, xalqın ixtilafının aşkar nümunəsi mə`sum
rəhbər məsələsinə münasibətdir. Təbii olaraq, Allahın rəhmətinə qovuşanlardan,
əhli-beyt və mə`sum rəhbərlərin xəttində olanlardan savay bütün xalq yolunu
azmışdır.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah insanı yaratmışdır ki, müəyyən işlər
görüb ilahi rəhmətə çatsın.”
Bildirişlər
1. Bütün ixtilafların yeganə həlli ilahi lütf və mərhəmətdir.
2. Yalnız ilahi yardımlar vəhdət amili ola bilər. Dünyəvi və maddi mehvərlər
müvəqqəti, birtərəfli və xəyalidir.
3. Bəşərin yaranış fəlsəfəsi ilahi rəhmətin qəbulu və əldə olunmasıdır.
4. Allah müəyyən qanun və sünnələri Özünə zəruri edib.
5. Allahın qəti qəzəbi yalnız Onun lütfündən, peyğəmbərlərdən, səmavi
kitablardan, moizə və xəbərdarlıqdan, möhlətdən sonra gəlir.
6. Allah insanı daxildən fitrət və ağılla təchiz edib, xaricdən peyğəmbərlər və
səmavi kitablar göndərməklə höccəti tamamlamış, yetərincə sübutlar gətirmişdir.
7. Cəhənnəm məhduddur.
8. Cinlər də insanlar kimi vəzifəlidirlər, mükafatlanır və ya cəzalanırlar.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 119-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 119-cu ayəsi nə haqqındadır?
Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.
Hud surəsi 119-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 119-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 119-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 119-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 119-cu ayənin təfsiri nədir?
“Rəbbinin mərhəmət etdiyi kəslər (ixtilafa münasibətdə) istisnadır. (Allah)bunun üçün (rəhmət üçün) xalqı yaratdı. Rəbbindən fərman gəldi ki,cəhənnəmi cin və insanla dolduracağam.” Nöqtələr◘Bə`ziləri deyirlər: Ayədə bildirilir ki, xalq daim ixtilafdadır. Yalnız Allahınlütf və rəhmət kölgəsində olanlar ixtilafdan uzaqdır. Allah insanları həmin vəhdətkəlməsi üçün yaratmışdır.◘İnsanın yaranış fəlsəfəsi Qur`an ayələrində müxtəlif şəkillərdə bəyanolunmuşdur. “Zariyat” surəsinin 56-cı ayəsində oxuyuru...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.