Hud surəsi · 14-cü ayə

Buna görə də (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz bu (kitab) Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər sizə (kömək istəyinizə) cavab verə bilməsələr, bilin ki, nazil olan şey Allahın elminə əsaslanır və Ondan başqa məbud yoxdur. (Bu halda) təslim olursunuzmu?!”
Nöqtələr
Kafirlər Peyğəmbərə (s) böhtan atırdılar ki, o, Quranı başqa birindən öyrənib.  Quran onlara cavab verir ki, bu kitabın qaynağı başqalarının dediyi yox, ilahi elmdir. Bəzən də deyirdilər ki, Quran onun öz sözləridir, amma başqaları ona kömək etmişlər.  Bu ayə bütün böhtanlara cavab verir.
Bildirişlər
1. Quranın qaynağı Allahın sonsuz elmidir.
2. Quran bəşərə məxsus ehtimal, fərziyyə, xəyal və düşüncə deyil. Bu kitab Allahın elminə əsaslanır.
3. Quran ilahi elmə əsaslandığından zaman, məkan, irq və nəsil kimi məhdudiyyətləri tanımır.
4. Quranın sirləri Allahın sonsuz elmi kimi tükənməzdir.
5. Düşmənlərin küfr və tərəddüdü sizi Allahın birliyi və Quran ilə bağlı şübhəyə salmasın.

Tez-tez Verilən Suallar

Hud surəsi 14-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 14-cü ayəsi nə haqqındadır?
Buna görə də (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz bu (kitab) Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!
Hud surəsi 14-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 14-cü ayənin təfsiri nədir?
"Əgər sizə (kömək istəyinizə) cavab verə bilməsələr, bilin ki, nazil olan şey Allahın elminə əsaslanır və Ondan başqa məbud yoxdur. (Bu halda) təslim olursunuzmu?!” Nöqtələr Kafirlər Peyğəmbərə (s) böhtan atırdılar ki, o, Quranı başqa birindən öyrənib.  Quran onlara cavab verir ki, bu kitabın qaynağı başqalarının dediyi yox, ilahi elmdir. Bəzən də deyirdilər ki, Quran onun öz sözləridir, amma başqaları ona kömək etmişlər.  Bu ayə bütün böhtanlara cavab verir. Bildirişlər 1. Quranın qaynağı Allah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.