Hud surəsi · 15-ci ayə

Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dünya və ondakı gözəllikləri istəyənlərə əməllərinin əvəzini həmin bu dünyada tam verərik. Onda heç bir əskiklik olmayacaq.”
Nöqtələr
Sual: Bu ayədə buyurulur ki, dünyapərəstlərə əməllərinin əvəzi elə bu dünyada tam şəkildə verilər. Başqa bir ayədə isə hər kəsə Allahın istəyi həddində əta olunacağı bildirilir.  Bu iki ayə bir-birinə zidd deyilmi?
Cavab: Bu ayədə buyurulur ki, işlərinin nəticəsini verərik. O biri ayədə isə işdən yox, arzudan danışılır. Allah-təala buyurur ki, bəziləri öz arzularının bir hissəsinə çatar.
Məada inanmayan və Allahın razılığı üçün iş görməyənlərin Allahdan heç bir alacağı yoxdur. Onlar elə bu dünyada ad-san qazanmaqla öz xidmətlərinin və ixtiralarının əvəzini alırlar. Axirət mükafatını yalnız axirətə inananlar gözləyə bilər. Nə Allahı, nə də axirət dünyasını qəbul etməyənin hansı tələbi ola bilər?!
Axirət əvəzinə dünya, əbədilik əvəzinə fanilik, sonsuzluq əvəzinə məhdudiyyət ardınca gedənlərin əməllərinin nəticəsi fani dünyada məhdudlaşacaq.
Bildirişlər
1. Əməlin özü yox, onun məqsədi mühümdür.
2. İnsan azaddır və istədiyi yolu seçə bilər.
3. Allah ədalətlidir. Hətta Onun razılığını gözləməyənlərin dünya mükafatını əskiltmir.
4. Dünyapərəstlik haqqın qəbul olunmamasının dəlilidir.

Tez-tez Verilən Suallar

Hud surəsi 15-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 15-ci ayəsi nə haqqındadır?
Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada ...
Hud surəsi 15-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 15-ci ayənin təfsiri nədir?
"Dünya və ondakı gözəllikləri istəyənlərə əməllərinin əvəzini həmin bu dünyada tam verərik. Onda heç bir əskiklik olmayacaq.” Nöqtələr Sual: Bu ayədə buyurulur ki, dünyapərəstlərə əməllərinin əvəzi elə bu dünyada tam şəkildə verilər. Başqa bir ayədə isə hər kəsə Allahın istəyi həddində əta olunacağı bildirilir.  Bu iki ayə bir-birinə zidd deyilmi? Cavab: Bu ayədə buyurulur ki, işlərinin nəticəsini verərik. O biri ayədə isə işdən yox, arzudan danışılır. Allah-təala buyurur ki, bəziləri öz arzular...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.