Hud surəsi · 18-ci ayə

Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlardır özlərinin Rəbbinə yalan nisbət vermiş kəslər! Bilin! Allahın lənəti olsun zalımlara!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allaha iftira yaxandan da zalım kimdir? Onlar (qiyamətdə) Rəblərinə tapşırılarlar. Şahidlər deyəcəklər: "Bunlar Rəblərinə iftira yaxan kəslərdir.” Bilin ki, zalımlar Allahın lənətinə gələrlər.”
Nöqtələr
Qiyamət mühakiməsinin bir çox şahidi var: bütün əməllərimizə şahid olan Allah ; həzrət Peyğəmbər (s) ; məsum imamlar ; mələklər ; yer ; vicdan ; bədən üzvləri ; zaman imam Zeynəlabidin (ə) "Səhifeyi-Səccadiyyə kitabının” altıncı duasında qiyamətdə zamanın şahid olacağını qeyd edir.); əməl .
Sual: Quran bir çox günahlarla bağlı cəm formada "əzləm” sözünü işlətmişdir. Məgər zülmlərin ən böyüyü bir zülm deyilmi?
Cavab: Bu təbir on beş məqamda işlədilsə də, bütün hallarda şirk, iftira, haqqın gizlədilməsi kimi düşüncə azğınlıqlarından söhbət gedir. Beləcə ən böyük zülm düşüncə, mədəniyyət və etiqadla bağlı zülmdür.
Quran bu və bundan əlavə bir neçə ayədə iftiraçı insanların simasından və taleyindən danışaraq buyurur: iftiraçılar insanların ən zalımıdırlar, ilahi lütflərdən məhrumdurlar, qiyamətə imanları yoxdur, həqiqəti təhrif edirlər, Allah yolunu bağlayırlar, qiyamətdə yardımçıları yoxdur, əzabları neçə qat artıqdır, ömürləri puça getmişdir, səyləri əbəsdir, varlıqlarını uduzmuşlar.
Bildirişlər
1. Ən böyük zülm Allaha iftira yaxılmasıdır. Dini yazarlar və natiqlər öz fəaliyyətlərində ehtiyatlı olsunlar.
2. Zülmün böyüklüyü onun ünvanından asılıdır.
3. Qiyamətdə pərdələr götürülər və heç bir iş gizli qalmaz.
4. Qiyamətdə çoxları şəhadət verər. Əməllərimizə qarşı diqqətli olaq.

Tez-tez Verilən Suallar

Hud surəsi 18-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 18-ci ayəsi nə haqqındadır?
Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlar...
Hud surəsi 18-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 18-ci ayənin təfsiri nədir?
"Allaha iftira yaxandan da zalım kimdir? Onlar (qiyamətdə) Rəblərinə tapşırılarlar. Şahidlər deyəcəklər: "Bunlar Rəblərinə iftira yaxan kəslərdir.” Bilin ki, zalımlar Allahın lənətinə gələrlər.” Nöqtələr Qiyamət mühakiməsinin bir çox şahidi var: bütün əməllərimizə şahid olan Allah ; həzrət Peyğəmbər (s) ; məsum imamlar ; mələklər ; yer ; vicdan ; bədən üzvləri ; zaman imam Zeynəlabidin (ə) "Səhifeyi-Səccadiyyə kitabının” altıncı duasında qiyamətdə zamanın şahid olacağını qeyd edir.); əməl . Sual...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.