Hud surəsi · 20-cu ayə

Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərinin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar yer üzündə aciz qoya bilməzlər (özləri üçün müəyyənləşdirdikləri bədbəxtliyi aradan qaldırıb qaça bilməzlər). Onların Allah qarşısında heç bir yardımçısı yoxdur. Onlar üçün Allahın əzabı ikiqatdır. (Çünki həm özləri azmış, həm də başqalarını azdırmışlar.) Onların (inadkarlıq səbəbindən) eşitmək gücləri yoxdur və haqqı) görmürlər.”
Nöqtələr
Sual: İkiqat əzab verilməsi Allahın ədalətinə sığırmı?
Cavab: Başqalarını da yoldan azdıran kəs təbii olaraq onların yükünü çiyninə götürməlidir. Alimlər başqalarına nümunə olduğundan, onların günahı adi fərdlərin günahından bir neçə qat ağırdır. Bütün bunlar ədalətdən kənar deyildir.
Bildirişlər
1.Zülmkarlar Allahın qəhr-qəzəb və qüdrəti əhatəsindədirlər. Onlar sonda öz əməllərinin cəzasını alarlar.
2. İftira əhli elə düşünməsin ki, zalım hakimlərin himayəsi ilə əzabdan qurtula biləcəklər.
3. Başqalarını doğru yoldan çəkindirən azğın rəhbərlər onların da günahlarını öz çiyinlərinə alasıdırlar.
4. Küfr, inadkarlıq, təəssüb azğınların gözünü və qulağını elə bağlamışdır ki, haqqı nə görür, nə də eşidirlər.

Tez-tez Verilən Suallar

Hud surəsi 20-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 20-cu ayəsi nə haqqındadır?
Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərinin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç ...
Hud surəsi 20-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 20-cu ayənin təfsiri nədir?
"Onlar yer üzündə aciz qoya bilməzlər (özləri üçün müəyyənləşdirdikləri bədbəxtliyi aradan qaldırıb qaça bilməzlər). Onların Allah qarşısında heç bir yardımçısı yoxdur. Onlar üçün Allahın əzabı ikiqatdır. (Çünki həm özləri azmış, həm də başqalarını azdırmışlar.) Onların (inadkarlıq səbəbindən) eşitmək gücləri yoxdur və haqqı) görmürlər.” Nöqtələr Sual: İkiqat əzab verilməsi Allahın ədalətinə sığırmı? Cavab: Başqalarını da yoldan azdıran kəs təbii olaraq onların yükünü çiyninə götürməlidir. Aliml...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.