Hud surəsi · 27-ci ayə

Beləliklə, onun qövmünün küfr edən böyük və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa l (onlar da) fikirləşmədən və elə ilk baxışda l tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onun qövmünün kafir başçıları dedilər: "Biz səni yalnız özümüz kimi bir insan bilirik. Sadəlövh səfillərdən başqa kimsənin sənə itaət etdiyini görmürük. Sizdə özümüzlə müqayisədə heç bir üstünlük görmür, sizi yalançı sayırıq.”
Nöqtələr
Haqqın müxalifləri bəzən ilahi rəhbərləri kiçildərək deyirdilər: "Siz də bizim kimi insansınız və bizdən üstünlüyünüz yoxdur.” Bəzən də peyğəmbərlərin ardıcıllarını kiçik sayıb bildirirdilər: "Onlar əlsiz-ayaqsız, şəxsiyyətsiz kəslərdir.” Bəzən də peyğəmbərlərin əqidə məktəbini kiçik göstərərək deyirdilər: "Sizin sözünüz yalan, iftira, sehr və ya keçmişdəkilərin əfsanəsidir. Danışdıqlarınız adi sözdür, biz də istəsək, belə sözlər deyərik.”
Bildirişlər
1. Əyan-əşraflar, adətən, peyğəmbər müxaliflərinin ön cərgəsində dayanmışlar.
2. Xalq kütlələri, xüsusi ilə məhrumlar arasındakı bərabərlik təkəbbürlü qüvvələri qorxudur.
3. Dünyaya dərin bağlılığı olmayanlar daha tez iman gətirirlər.
4. Dünyapərəstlərin nəzərində həqiqət yox, var-dövlət dəyərlidir.
5. Peyğəmbərlərin müxaliflərinin heç bir dəlili yoxdur. Onlar zənn-güman əsasında danışırlar.
6. Kafirlərin ağlı onların gözündədir. Bu ayədə "görmürlər” sözü üç dəfə işlədilmişdir.

Tez-tez Verilən Suallar

Hud surəsi 27-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 27-ci ayəsi nə haqqındadır?
Beləliklə, onun qövmünün küfr edən böyük və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa l (onlar da) fikirləşmədən və elə ilk baxışda l tabe olan bir kəs görmürük. Həmçinin sizdə öz...
Hud surəsi 27-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 27-ci ayənin təfsiri nədir?
"Onun qövmünün kafir başçıları dedilər: "Biz səni yalnız özümüz kimi bir insan bilirik. Sadəlövh səfillərdən başqa kimsənin sənə itaət etdiyini görmürük. Sizdə özümüzlə müqayisədə heç bir üstünlük görmür, sizi yalançı sayırıq.” Nöqtələr Haqqın müxalifləri bəzən ilahi rəhbərləri kiçildərək deyirdilər: "Siz də bizim kimi insansınız və bizdən üstünlüyünüz yoxdur.” Bəzən də peyğəmbərlərin ardıcıllarını kiçik sayıb bildirirdilər: "Onlar əlsiz-ayaqsız, şəxsiyyətsiz kəslərdir.” Bəzən də peyğəmbərlərin ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.